“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


31.05.2019  18:20 

“Nar” eşitmə qüsurlu insanların peşəyə yiyələnməsinə dəstək olur





A+  A-

“Nar”ın dəstəyi ilə eşitmə məhdudiyyətli insanların müxtəlif ixtisaslara yiyələnməsi və onların işlə təmin olunması məqsədilə keçirilən “Təlim məktəbi” layihəsi davam edir.
XəzərNews.az-ın məlumatına görə, artıq layihənin 1-ci mərhələsi başa çatıb. 15 nəfərdən ibarət qrup şirniyyat ustası peşəsinin incəliklərini öyrəniblər.

“Nar”ın “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşdırıdğı layihə 3 mərhələdən ibarətdir. Layihə çərçivəsində üç qrupdan ibarət olan vətəndaşlar üç aylıq peşə kurslarında təlim keçəcəklər. Qarşıdakı 2 aylıq peşə kurslarında isə iştirakçılar aşpaz və motorçu ixtisaslarına yiyələnəcəklər.

“Təlim məktəbi” layihəsi eşitmə məhdudiyyətli insanların təhsil almasından sonra işlə təmin olunmasına da yardım edəcək. Layihə təcrübəli mütəxəssislər tərəfindən aparılacaq.

“Nar” tərəfindən təşkil edilən “Təlim məktəbi” layihəsi eşitmə məhdudiyyəti olan insanların yeni bacarıqlar əldə etməklə cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə keçirilir. Layihə eyni zamanda eşitmə məhdudiyyətli insanların həm psixoloji, həm də qanunvericilik sahəsində qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Peşə təlimi ilkin olaraq paytaxt Bakıda start götürüb. Gələcəkdə isə bölgələrdə də “Təlim məktəbi” layihəsinin davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Nar” 4 ilə yaxındır ki, eşitmə məhdudiyyətli insanlar üçün bu cür təlimlər təşkil etməklə, onların müxtəlif peşəyə yiyələnməsinə və iş bacarıqlarının artmasına töhfə verir. Fiziki məhdudiyyətli insanlara dəstək və onların cəmiyyətə inteqrasiya edilməsi “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir.

Xəbər 1591 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +