“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


27.03.2018  10:35 

Məktəblinin qəfil ölümünün təfərrüatları məlum olub





A+  A-

Lənkəranda məktəblinin qəfil ölümünün bəzi təfərrüatları məlum olub.
XəzərNews.az Report-a istinadən xəbər verir ki, bu gün günorta saatlarında Cəlilabad şəhər sakini, 2004-cü il təvəllüdlü Məmmədzadə Fərahim Fərhad oğlu avtomobillə Lənkəran şəhərinə gələn zaman qəfil halı pisləşib.

Məktəbli dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, o, ürəktutmasından vəfat edib. Lakin bildirilir ki, F.Məmmədzadənin bu vaxta qədər səhhətindən heç bir problemi olmayıb.

Qeyd edək ki, mərhumun atası Cəlilabad rayonunun tanınmış həkimidir.

Mərhum Lənkəranda fəaliyyət göstərən "İstək" Liseyinin 8-ci sinif şagirdi olub və sabah dərslərin başlaması ilə əlaqadar ora gedirmiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 1550 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +