“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


01.04.2017  15:28 

Bakıda qadınlardan rüşvət alan bölmə rəisi işdən qovuldu





A+  A-

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynov işdən çıxarılıb.
XəzərNews.az-ın “Report”a istinadən verdiyi məlumata görə, onunla bərabər kapitan rütbəsində olan polis əməkdaşı da işdən qovulub.

Belə ki, bölmə rəisi Ceyhun Hüseynov və adı açıqlanmayan polis kapitanı özlərini Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBA) əməkdaşı kimi təqdim edərək əxlaqsızlıq yuvasında qeyri-qanuni əməliyyat keçiriblər. Polislər fahişəliklə məşğul olan iki qadına özlərini İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək onları tutub. Daha sonra rəis və polis kapitanı qadınları İAQMBA-nın yaxınlığına aparıblar. Qadınlar onlara yalvararaq polislərə rüşvət təklif edib. C.Hüseynov qadınlardan 3 min manat alaraq onları sərbəst buraxıb.
Adları açıqlanmayan qadınlar polis əməkdaşlarının İAQMBA əməkdaş olmadığını və əslində əməliyyat keçirilmədiyindən sonradan xəbər tutub. Onlar hüquq-mühafizə orqanlarına müraciət edib.

Bununla bağlı aparılan araşdırmalar zamanı C.Hüseynovun 20 yanvar - Ümumxalq Hüzn Günü işdə olmadığı, xidmət yerini icazəsiz tərk etdiyi də məlum olub. Nəticədə o və polis kapitanı işdən çıxarılıb.

Xəbər 1282 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +