Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


30.12.2023  15:17 

Biri “razrezini” cırır, biri ətəyini qısaldır...





A+  A-

Ötən gün müğənni Samirə Yusifqızı artıq yaşlı müğənnilərin pul qazanmadığını, toylara dəvət edilmədiyini bildirib. O, saytımıza açıqlamasında indi xalqa bədəni selikonlu, cavan müğənnilər lazım olduğunu deyib.

Bəs görəsən, həqiqətən Azərbaycan xalqı sənətə və sənətkara dəyər vermir?

Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a tanınmış jurnalist, fəlsəfə doktoru Anar Vəziroğlu danışıb. Onun sözlərinə görə, özünü yaşına uyğun aparmayan heç bir sənətçiyə xalq hörmət etmir:

“Bizim xalq sənətkara qiymət verir, amma yerində olmayan, özünü yaşına uyğun aparmayan, əndrabadi adamlara aramızda yer yoxdur. Vaxtında bir az dəbə minirlər, nəyisə açırlar, nəyisə bağlayırlar, başlarına şapka qoyurlar, çadra qoyurlar və s. Bu isə müvəqqətidir. Bir müddət sonra onların da “vaxtı keçir”. Məsələn, elə Samirə xanımın özü. O yaşlı olsa da, qızı cavandır və məclislərə onu daha çox dəvət edirlər. Bu hər zaman belə olub. Bizim üçün həmişə “qırxıncı otaq” maraqlı olub”.

Vəziroğlu bu gün bəzi orta yaşlı müğənnilərin ifrat dərəcədə açıq-saçıq geyinməsini sərt şəkildə qınayıb:

“Bu gün müğənnilər sanki yarışa giriblər, biri “razrezini” cırır, biri ətəyini qısaldır... Aygündən tutmuş, Röyaya, Tünzaləyə qədər hamısı belədir. Onlar lap ağ ediblər. Bir müddət əvvəl Tünzalə Ağayevanı biabır etmişdim. Çox qəribədir ki, bunlar açıq-saçıqlıq təsnifatından da qırağa çıxıblar.

Bunun da səbəbləri var. Onlar tükənirlər. Bir mahnını 50 dəfə, 100 dəfə oxuyarlar, milyon dəfə yox. Bu insanlar pul xərcləmək istəmirlər. Çünki mahnı yazılması üçün 3 şəxs lazımdır: müğənni, şair və bəstəkar. Onlar yeni mahnının ərsəyə gəlməsi üçün şairə, bəstəkara pul xərcləmək istəmirlər. Nəticədə köhnə vallar kimi ancaq eyni mahnını oxuyurlar. Ayağı, sinəsi qəşəng olan da başlayır “razrezlərin” sayını artırmağa. Göstərmədikləri yerləri qalmayıb. Bu insanlar hədəqəsindən çıxmış şəxslərdir. İnsan tərbiyəni ailədə alır, əgər ailədə tərbiyə almayıbsa, ondan nə isə gözləməyə dəyməz.

Onlarda şıdırğı dərəcədə gənclərə qarşı qısqanclıq var. Onlar elə bilirlər ki, 30 il bundan əvvəl camaatın həsəd apardığı bədənləri eyni qalıb. Amma belə deyil. Cavan nə qədər eybəcər olsa da, yenə də cavandır”.

Xəbər 3010 dəfə oxunub.




01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +