Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


19.09.2025  23:30 

Özbəkistandan Ukraynaya NOTA





A+  A-

Özbəkistan Xarici İşlər Nazirliyi Ukrayna Xarici İşlər Nazirliyi və Baş Prokurorluğuna nota göndərib.

XəzərNews.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov məlumat verib.

Notaya səbəb 13 Özbəkistan vətəndaşının Ukraynada qeyri-insani şəraitdə, qul kimi işlədilməsi olub.

Özbəkistanın Ukraynadakı səfirliyinin əməkdaşları vəziyyəti araşdırmaq üçün hadisə yerinə gedib və vətəndaşlar yerli xəstəxanaya yerləşdirilib.

"Səfirlik vətəndaşlarımızla bağlı vəziyyəti tam nəzarətə götürüb və onların Özbəkistana qayıtmasını təmin etmək üçün bütün lazımi tədbirləri görülür. Özbəkistan vətəndaşlarına konsulluq və hüquqi yardım göstərilməsi üçün Ukrayna Xarici İşlər Nazirliyinə və Baş Prokurorluğuna müvafiq notalar göndərilib", - Burxanov Telegram-da yazıb.

Özbəkistan Xarici İşlər Nazirliyi vətəndaşlarına Ukraynaya səfərdən çəkinməyi tövsiyə edir. “Ukraynada insan həyatı üçün təhlükə yarada biləcək hazırkı vəziyyətlə əlaqədar olaraq, biz Özbəkistan vətəndaşlarına öz təhlükəsizliklərini nəzərə alaraq, indiki vaxtda həmin ölkəyə səfər planlaşdırmamağı tövsiyə edirik”, - deyə Özbəkistan diplomatiyasının sözçüsü bildirib.

Xəbər 2817 dəfə oxunub.




03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +