Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


19.02.2025  15:37 

Rusiyaya qarşı 16-cı məhdudiyyət paketində nələr var?





A+  A-

Rusiya Federasiyasının ən azı 48 fiziki və 35 hüquqi şəxsi Rusiyaya qarşı 16-cı məhdudiyyət paketi çərçivəsində Aİ-nin sanksiya siyahısına daxil ediləcək.

XəzərNews.az xəbər verir ki, bu barədə Reuters agentliyi avropalı diplomatlara istinadən məlumat yayıb.

Məlumata görə, hüquqi şəxslərə qarşı sanksiyalar, əgər varsa, onların Aİ-dəki aktivlərinin dondurulmasını nəzərdə tutur. Fiziki şəxslərin ittifaq dövlətlərinə girişi qadağan ediləcək. Rusiyanın “kölgə donanması”na daxil olduğu iddia edilən 73 gəmiyə də məhdudiyyətlər qoyulacaq.

Agentliyin mənbələrinə görə, yeni məhdudiyyətlər paketinin bir hissəsi olaraq, Avropa İttifaqı Rusiyadan ilkin alüminium idxalını, Rusiya Federasiyasına xrom və bir sıra kimyəvi maddələrin ixracını, Rusiya qaz və neft emalı zavodlarının saxlanmasını, Rusiya hərbçiləri tərəfindən idarə olunan oyun konsollarının, joystiklərin və uçuş simulyatorlarının idarəedicilərinin üçüncü şəxslər vasitəsilə Rusiyaya satışını qadağan edəcək.

Bundan əvvəl France-Presse (AFP) bildirmişdi ki, Aİ-nin son sanksiyalar paketinə 13 Rusiya bankının SWIFT ödəniş sistemindən çıxarılması və 8 Rusiya KİV-inin ittifaq ölkələrində yayımının qadağan edilməsi daxildir.

Bloombergin mənbələrinin qeyd etdiyi kimi, Avropa İttifaqı da Rusiyanın bir sıra hava limanları ilə əməliyyatları qadağan etmək istəyir.



Xəbər 3022 dəfə oxunub.




03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +