“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp
Ərdoğan və Zelenski bu gün görüşəcək


17.01.2018  19:16 

Dilçilik İnstitutu tənqidlərə münasibət bildirdi





A+  A-

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu “Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları”nın layihəsi ilə bağlı tənqidi fikirlərə münasibət bildirib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən XəzərNews.az-a bildiriblər ki, yeni orfoqrafiya qaydalarının layihəsinin mübahisəyə səbəb olması gözləniləndir:

“Yeni orfoqrafiya qaydalarının layihəsi mütəxəssislər tərəfindən qəbul edilib.

Mətbuatda gedən müzakirələr Dilçilik İnstitutunun diqqətindədir. Komissiya bu təklifləri, tənqidi mülahizələrin hamısını təhlil edib ortaq qərar qəbul edəndən sonra hazırkı orfoqrafiya qaydaları təkmilləşəcək. Yeni orfoqrafiya qaydalarında çox söz dəyişməyəcək. Mətbuatda gedən məlumatlarda qeyri-dəqiqlik, qeyri-elmilik var. Qaydalarda yalnız söz əvvəlində və söz sonunda qoşa “ss” və -iyyat, -iyyət, -iyyə şəkilçilərnin tərkibindəki “yy” samitlərindən birinin düşməsi təklif olunub”.

Qeyd olunub ki, Azərbaycan dilinin orfoqrafiya lüğətinin 2013-cü il nəşrində qondarma sözlər var:

“Yeni lüğət daha təkmil formada çap olunacaq. Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hələ təsdiq olunmayıb, layihə şəklində müzakirə edilir. Qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra orfoqrafiya lüğətinin VII nəşri işıq üzü görəcək”.

Qeyd edək ki, AMEA Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu tərəfindən “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın layihəsi hazırlanıb. Layihə akademiyanın Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və ictimaiyyətə təqdim edilib.

Qaydaların layihəsi təsdiq üçün Nazirlər Kabinetinə göndəriləcək.

Qaydalar 69 maddədən ibarətdir və gələcəkdə yaranacaq orfoqrafiya lüğətinin əsasını təşkil edəcək.

Xəbər 1705 dəfə oxunub.



15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +