“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


20.04.2021  10:49 

Futbolda müddətin qısaldılması təklif edildi





A+  A-

İspaniyanın "Real Madrid" klubunun və Avropa Super Liqasının prezidenti Florentino Peres futbol matçlarının müddətinə təsir göstərə biləcək qlobal islahat təklif edib.
XəzərNews.az AS nəşrinə istinadən xəbər verir ki, 74 yaşlı funksioner oyunların vaxtlarının qısaldılmasının gərəkliyini dilə gətirib.

Peresin sözlərinə görə, bununla bağlı nələrsə etmək lazımdır: "Gənc oğlanlar vaxtlarını "PlayStation" oynamağa sərf edirlər. Futbolun onlar üçün çox uzun göründüyünü söyləyirlər. Belə düşünürlərsə, matçları daha maraqlı etməyimiz lazımdır. Bəlkə də qarşılaşmaları qısaltmaq barədə düşünməyə dəyər".

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştiraklarını təsdiqləyib.

"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın prezidenti, Andrea Anyelli və "Mançester Yunayted"dən Coel Qleyzer vitse-prezidenti seçilib. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.

Xəbər 1981 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +