Hakan Fidandan Rusiya və Ukrayna açıqlaması
Mərkəzi Bank sabiq deputatın qızından kəlağayı alacaq
Tələbə qıza təcavüz edən 27 ildən sonra tapılıb
Təhsil real sektordan geridə qalır - Rektordan ETİRAF
Şöbə müdiri vəzifəsindən ayrıldı
Fondun icraçı direktoru təyin edildi - Sərəncam
143 milyonluq yeyinti... - Generalın cəzası azaldıldı
Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı


13.06.2022  14:43 

“Qızımı oğurlayandan 16 saat sonra...“ - Biləsüvarda nə baş verir?





A+  A-

“Azyaşlı qızım qardaşını məktəbə aparıb, evə qayıdarkən Cavid Babazadə onu zorla maşına basıb aparıb”.

XəzərNews.az xəbər verir ki, Bunu Bakupost.az -a açıqlamasında Biləsuvarda qaçırılan azyaşlı qızın atası Alim Allahverdiyev deyib.

Onun sözlərinə görə qızını qaçıran şəxs hazırda azadlıqdadır:

“C.Babazdə azyaşlı qızımı zorla qaçıraraq Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən qohumu Oqtay Tomarov Əlipaşa oğlunun yaşadığı evə aparıb. Qızım Cəlilabadda olarkən ağlayıb ki, bəs sizin övladınız yoxdurmu, mən azyaşlıyam, evə qaytarın məni. Evin xanımı C. Babazadənin ailəsinə xəbər verib ki, oğlunuz azyaşlı qız qaçırıb. Oğlanın əmisi deyib ki, qızı saxlayın, mən gəlirəm. Oğlanın qohumu qızımı Biləsuvar rayonun Ovçuqara kəndinə gətirib. Həmin kənddə Mirələm adlı şəxs onları görüb. Qız ona yalvarıb ki, məni qaçırıblar, azyaşlıyam, bacım nişanlıdır, kömək edin evimə qayıdım. O da cavabında bildirib ki, sənin toyunu bacından daha tez edərik. Qızımı oğurlayandan 16 saat sonra oğlanın əmisi qızı gətirib bizə təhvil verib. Mən bilirəm ki, azyaşlı uşağın qaçırılması cinayətdir, mən heç vaxt onun 15 yaşında evlənməsinə icazə vermərəm. Ona görə də polisə müraciət elədim və oğlanı tutdular. Dünən məhkəmə oldu. Qızımı dindirdilər. Ondan soruşdular ki, sən oğlanı bağışlayırsanmı? O da dedi ki, xeyr bağışlamıram. Axşam da mənə zəng gəlib ki, Cavid evə buraxılıb. Ona görə narahatam ki, belə bir cinayətkar niyə evə buraxılır? Sabah qabağıma çıxar, evimə hücum çəkə bilər. Bu adam toyuq oğurlamayıb axı, canlı insan, azyaşlı uşağı zorla qaçırıb. Belə bir insanı evə buraxa bilərlərmi? Səhər 9-un yarısında azyaşlı qızım oğurlanıb, gecə 1-ə işləmiş uşağımı evə təhvil veriblər. Təxminən 15-16 saatdan sonra uşağı gətiriblər evə. Belə bir cinayətkarı necə olur məhkəmədən buraxa bilirlər?”.

A. Allahverdiyev bildirib ki, qərardan şikayət edəcək:

“Axşam narazılığımı bildirmişdim, bu gün də yenə çağırıblar. Cinayətkarı məhkəmədən buraxmaq nə dərəcədə doğrudur? Hələ də anlaya bilmirəm. Bu həmin insanın birinci işi deyil. Çatana-çatır, çatmayana da bir daş atır. Mən özüm Vətən uğrunda sağlamlığımı vermiş insanam. Övladlarımı zülm-əziyyətlə böyüdürəm. İndi qorxuram ki, yenə ya mənim, ya da övladımın qabağına çıxa bilər”.

Xəbər 1915 dəfə oxunub.




14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +