Tanınmış müğənni vəfat etdi -FOTO
Oğlu həbs olunan general danışdı: “Hələ görüş vermirlər”
“Oyunla bağlı danışmaq istəmirəm, çünki...”-Koxalski sərt danışdı
DGK-nin 5 əməkdaşı saxlanıldı
DSMF 51,5 milyonluq iki tender elan edib
Rəşad Daşdəmirov həbs edildi
Generalın oğlu... - Və daha kimlər saxlanıldı?
Özü Ramiz Mehdiyev haqqında təriflər yağdırıb - Deputat
Tokayev Pezeşkianla görüşdü
Ukrayna Xəzərdəki neft platformasını vurdu


22.11.2022  14:20 

İnansa TƏBRİZ deyil! - Sabir Rüstəmxanlı - Video





A+  A-

Bu gün Güney Azərbaycanda, onun ürəyi Təbrizdə baş verənlər Xalq şairi Sabir Rüstəmxanlının "İnansa, Təbriz deyil!" şeiri ilə çox səsləşir.

Yenə bir məmləkətin ərşə dirənib ahı,
Yerdən əli üzülüb, göydən gəlmir pənahı,
Farsın işğalıdı bu! Mollanın nə günahı?
Din adına irtica! Bu ki yalan söz deyil!
Təbriz buna inanmaz! İnansa Təbriz deyil!

Daşlarda tarix gəzir, kimindi daş, bilinməz,
Əxlaqı daş dövründə - bacı-qardaş - bilinməz!
Anasına göz dikər, yenə oğraş bilinməz!
Ey bunu tarix sayan! Əyyami-Kəmbis deyil!
Təbriz sənə inanmaz! İnansa Təbriz deyil!

Bu yurd türkün torpağı! İzləri itmir hələ!
Əkdiyin şər toxumu göyərib bitmir hələ,
Fikrin Sasanilikdən bəriyə ötmür hələ -
Anlamırsan millətlər önündə kəniz deyil!?
Təbriz sənə inanmaz! İnansa Təbriz deyil!

Nə Şirazda gözüm var, nə də İsfahanında,
Baxmayaraq onlar da can alıbdır qanımdan,
Təxti-Cəmşidin ki var! Əl çək bağ-bostanımdan
Mənimki Ərdəbildi, Marağadı... Şiz deyil!
Təbrizin gözü toxdu! Ac olsa, Təbriz deyil!

Özünə paytaxt edib sahibləndin Tehrana,
Parsabadlar əkirsən Qaradağa, Mugana,
Zəncanın, Həmədanın nə dəxli Farsistana?
Şükr et Mazandarana, Xorasan da az deyil,
Təbriz Qəzvindən dönməz! Dönsə, heç Təbriz deyil!

Adını dəyişdirdin dağın, daşın, çöllərin,
Öz ismiylə tarixə şöhrət olan ellərin,
Əl yetsə dəyişərsən qafasın ölülərin,
Önümüzə eşdiyin bir mərmidir, köz deyil,
Ocağına isinməz! İsinsə, Təbriz deyil!

Fars türkü öz içində əritsin - Nə vaxt olub?
Ruhuma öz məkrini yeritsin -Nə vaxt olub?
Ağlayan cocuğumu kirutsun- Nə vaxt olub?
Xəyanətlər uc-uca... əlli deyil, yüz deyil,
Təbriz buna dözəmməz! Dözərsə, Təbriz deyil!

Firdövsinin sözü də tarixdən bir namədi,
Türkün böyüklüyündən qəzəblənib nə dedi?
Yazdığı həm "Şahnamə", həm də "Turannamə"di,
Ey sonumu gözləyən, türk gün altda buz deyil,
Əriyib suya dönməz! Ərisə Təbriz deyil!
Bu zənciri qıracaq! Dözümü sonsuz deyil!

Sabir Rüstəmxanlı
Xalq şairi




Xəbər 2802 dəfə oxunub.



11.12.2025  14:38 

DGK-nin 5 əməkdaşı saxlanıldı

11.12.2025  14:16 

Rəşad Daşdəmirov həbs edildi

11.12.2025  13:32 

Tokayev Pezeşkianla görüşdü

11.12.2025  11:20 

Faktiki hava: Rayonlara qar yağır

11.12.2025  10:16 

Voronejdə hava hədəfi vurulub

11.12.2025  10:00 

DYP sürücülərə müraciət etdi


BÜTÜN XƏBƏRLƏR +