Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


18.11.2019  15:57 

Komitə nümayəndələri Ukrayna Azərbaycanlıları ilə görüşüblər





A+  A-

Kiyevə səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Ukrayna Azərbaycanlıları Radasının (UAR) toplantısında iştirak edib.
XəzərNews.az-ın məlumatına görə, tədbirdə çıxış edən Dövlət Komitəsinin aparat rəhbər Daşqın Rəcəbli toplantı iştirakçılarına sədr Fuad Muradovun salamlarını çatdırıb. Aparat rəhbəri Ukrayna azərbaycanlılarının birlik, təşkilatlanma və mütəşəkkil fəaliyyət göstərmək yolunda atdığı addımları yüksək qiymətləndirərək, Dövlət Komitəsinin həyata keçirdiyi yeni və mühüm layihələrdən danışıb.

Qeyd edib ki, Dövlət Komitəsi sədrinin və nümayəndə heyətlərinin xaricə səfərləri intensivləşib, əhatə dairəsi genişlənib və bu məqam diaspor hərəkatının genişlənməsinə çox ciddi və müsbət təsir göstərib.

Toplantıda Diaspor TV, Diaspor FM, Diaspor xəritəsi və Diaspor Gənclərinin Yay Düşərgələri, Azərbaycan Diasporuna Dəstək Fondu barədə ətraflı məlumat verilib. Diaspor FM-in getdikcə daha çox dildə yayımlanması üçün addımlar atıldığı, xaricdə yaşayan onlarla gəncin Yay Düşərgələri vasitəsilə ilk dəfə Azərbaycana gəldiyi, tarixi Vətənləri ilə tanış olduğu, bu düşərgələrin onların şəbəkələşməsində böyük rol oynadığı vurğulanıb. Tədbirdə Dəstək Fonduna layihələrlə müraciət etmək qaydaları bir daha izah olunub.

Xaricdəki həftəsonu məktəblərinin, xüsusilə də "Qarabağ" Azərbaycan məktəblərinin yaradılmasına və fəaliyyətinə diqqət cəlb edilib, Dövlət Komitəsinin təşəbbüsü ilə hazırlanan "Azərbaycan dili" dərsliyinin yaxın müddətdə xaricdəki soydaşlarımıza çatdırılacağı bildirilib.

Diaspor təşkilatları ilə bu cür görüşlərin keçirilməsində məqsədin soydaşlarımızı dinləmək, onlarla fikir mübadiləsi aparmaq və mövcud problemlərin həllinə kömək etmək olduğu bir daha nəzərə çatdırılıb.

UAR-da təmsil olunan diaspor təşkilatlarının rəhbərləri və üzvləri çıxış edərək, sözügedən qurumun fəaliyyətindən, Ukraynadakı əhatə dairəsindən, görülən işlərdən danışıblar. Onlar bu ölkədə soydaşlarımızın sayının çox olduğunu vurğulayaraq, UAR-ın sıralarının genişlənməsi, daha böyük gücə çevrilməsi üçün məqbul olan yolları, həftəsonu Azərbaycan məktəblərinin sayının artırılmasının vacibliyi barədə fikirlərini söyləyiblər.

Soydaşlarımız Dövlət Komitəsinin xarici ölkələrdə mütəmadi olaraq görüşlər keçirməsini, Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasını, eləcə də diaspor.gov.az saytının aktivliyini, Diaspor TV-nin fəaliyyətini yüksək qiymətləndiriblər.

Tədbirdə soydaşlarımızın sualları cavablandırılıb, onların səsləndirdikləri təkliflər barədə rəhbərliyə məlumat veriləcəyi bildirilib.




Xəbər 2985 dəfə oxunub.



09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +