“Rahat” marketi tarakanlar basdı – Foto
Faktiki hava: Rayonlara qar yağır
Paşinyanın təyyarəsi dron hücumuna məruz qalıb
Avtomat, tapança və 9 tüfəng götürülub
İndi get oyna… - Sabiq deputatdan Şahin Əliyevə
Qiymətlər qalxır, amma xidmət göz önündədir - Şikayət
Bilmirəm, Nəriman haqda nə deyim - Qurbanov
Seçkilərə hazırlıq üçün 6 ay vaxt lazımdır - Ukrayna
Voronejdə hava hədəfi vurulub
DYP sürücülərə müraciət etdi


19.09.2018  21:53 

Bakıda metroda texniki nasazlıq yaranıb





A+  A-

Metroda qatarda texniki nasazlıq yaranıb.
XəzərNews.az xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Trend-ə verdiyi məlumata görə, hadisə bu gün saat 19:30 radələrində metronun "28 May” stansiyasında baş verib.

“İçəri Şəhər”- “Həzi Aslanov” marşrutu üzrə hərəkətdə olan qatar “28 May” stansiyasına daxil olarkən texniki problem yaranıb. Maşinist qatarda vəziyyəti qiymətləndirmək üçün stansiyada 7 dəqiqə gözləməli olub. Nəticədə arxadan gələn “Dərnəgül”- “Həzi Aslanov” istiqamətində hərəkətdə olan qatar “Nizami” stansiyası ilə “28 May” stansiyası arasındakı tuneldə 3 dəqiqə gözləməli olub.

Texniki problem yaranan qatar sərnişinlərlə birlikdə “Nəriman Nərimanov” stansiyasına qədər gələrək sərnişinləri düşürüb, depoya göndərilib.

B.Məmmədov bildirib ki, hazırda metroda qatarlar normal qrafiklə hərəkətini davam etdirir, intervalda problem yoxdur.

Xəbər 3272 dəfə oxunub.




11.12.2025  11:20 

Faktiki hava: Rayonlara qar yağır

11.12.2025  10:16 

Voronejdə hava hədəfi vurulub

11.12.2025  10:00 

DYP sürücülərə müraciət etdi

10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +