DSMF 51,5 milyonluq iki tender elan edib
Rəşad Daşdəmirov həbs edildi
Generalın oğlu... - Və daha kimlər saxlanıldı?
Özü Ramiz Mehdiyev haqqında təriflər yağdırıb - Deputat
Tokayev Pezeşkianla görüşdü
Ukrayna Xəzərdəki neft platformasını vurdu
“Porsche“ ilə avtoxuliqanlıq edən sürücü həbs olundu
General-leytenant Usubovun oğlu həbs edilib
Generaldan etiraf: Mənə “paçka”larla pul verib
“Rahat” marketi tarakanlar basdı – Foto


27.11.2025  10:43 

Pozğun bir ailənin üzvləri kimiyik... - Aqşin Yenisey





A+  A-

Biz rusların Azərbaycanda açdıqları məktəblərin aydınlıq tərəfini görürük, amma onun qaranlıq tərəfini görmürük. Gəlin, onun qaranlıq tərəfinə baxaq.

Bu məktəblər birmənalı olaraq idarəetməni asanlaşdırmağa xidmət edən yerli bürokratlar yetişdirmək üçün açılmışdı. Fitrətində məmurluq olmayanlar yazıçı, şair, bəstəkar oldular.

Yerdə qalan məzunlar idarəetmə işinə cəlb olundular. Bir haşiyə çıxım: öz xalqının qüsurlarını görməklə, öz xalqında qüsur görmək ayrı-ayrı mətləblərdir.

Bu rus məktəblərinin tələbələrinə məhz ikincisi aşılanırdı: öz xalqında qüsur görmək. Bu rus məktəblərində yetişən maarifçiləri qoyaq bir qırağa. Deyək ki, maarfiçiliyin fəlsəfəsi bunu tələb edirdi.

Amma bürokratların öz xalqına ikrahla baxması və bunu idarəetmə ənənəsinə çevirməsi bütün cəmiyyət həyatını məhv etdi. Bürokratiya ilə xalq arasında bu məktəblərin bürokrat məzunları elə bir uçrum yaratdılar ki, biz bu gün də o uçruma bütöv ailələri, hətta bütöv nəsilləri atsaq da dolmaq bilmir.

Xalq həyatını təhlükəyə atan bütün bürokratik biganəlik bu rus-müstəmləkə məktəblərinin yaratdığı öz doğma xalqına ikrahla yanaşmaq ənənəsindən qaynaqlanır.

Bu inzibati ənənənin təmsilçilərinin Roma tanrısı Yanus kimi iki sifəti vardı, xalqa nifrət edən sifəti bizə baxırdı, müstəmləkəçiliyə sevgiylə xidmət edən sifəti Rusiyaya.

Bu gün də Azərbaycanda istər inzibati, istər mədəni-ədəbi mühit bu cür iki səmtə baxan ikisifətli yanuslarla doludur. Hamısı da məşhurdur, ad çəkməyə ehtiyac yoxdur.

İslahat istəyiriksə, yüz əlli il geriyə qayıdıb təhsil vasitəsilə yuyulmuş beyinlərin yaratdığı bu inzibati müstəmləkə ənənəsini yox etməliyik.

Biz bir evdə yaşayan, amma bir-birinə ikrahla baxan pozğun bir ailənin üzvləri kimiyik. Məsələnin kökü budur.

Aqşin Yenisey

Xəbər 1250 dəfə oxunub.




11.12.2025  14:16 

Rəşad Daşdəmirov həbs edildi

11.12.2025  13:32 

Tokayev Pezeşkianla görüşdü

11.12.2025  11:20 

Faktiki hava: Rayonlara qar yağır

11.12.2025  10:16 

Voronejdə hava hədəfi vurulub

11.12.2025  10:00 

DYP sürücülərə müraciət etdi

10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video


BÜTÜN XƏBƏRLƏR +