Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


25.11.2025  13:51 

“Max Group” MMC dələduzluqda ittiham olunur





A+  A-

Hazırda Türkiyənin Balıkəsir şəhərində yaşayan Azərbaycan vətəndaşı Aysutümay Koyun Azad İstehlakçılar Birliyinə şikayət ünvanlayaraq “Max Group” MMC-nin ona qarşı dələduzluq etdiyini bildirib.

XəzərNews.az xəbər verir ki, Azad İstehlakçılar Birliyindən Yeniavaz.com-a daxil olan məlumata görə, A.Koyun 17 aprel 2025-ci ildə “Max Group” MMC ilə xaricdə təhsil üçün müqavilə imzalayıb.

Müqaviləyə əsasən, “Max Group” MMC Aysutümay Koyuna İzmir Demokrasi Universitetinin “Fizyoterapi və Rehabilitasyon” ixtisası üzrə bakalavriat təhsil pilləsinə sənədləşmə işinin aparılması xidmətini göstərməlidir.

Şikayətçi bildirib ki, göstəriləcək xidmətlərin qarşılığında “Max Group” MMC-yə 6 800 manat məbləğində vəsait köçürüb. Lakin ödənişdən və müqavilədən sonra universitetdən ona heç bir rəsmi qəbul məktubu göndərilməyib.

A.Koyun iddia edib ki, şirkət nümayəndələri aylarla müxtəlif bəhanələrlə əlaqədən yayınaraq prosesi gecikdiriblər.

Şikayətçi iddia edir ki, şirkət öhdəliklərini yerinə yetirməyib və onu aldadıb. Balıkəsir sakini ödədiyi 6 800 manatın geri qaytarılmasını istəyir.

Məsələ ilə bağlı “Max Group” MMC ilə əlaqə saxlamağa çalışdıq. Şirkətin Fərqanə adlı əməkdaşı məsələ ilə bağlı açıqlama verəcəklərini bildirsə də, sonrakı zənglərimiz cavabsız qaldı.

Məlumat üçün bildirək ki, “Max Group” MMC 3 avqust 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Səbail rayonu, Bünyad Sərdarov ev 23-də yerləşir. Şirkətin qanuni təmsilçisi Nəbiyev Elman Nəsib oğludur.

Onu da qeyd edək ki, hazırda “Max Group” MMC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən 7 046 manat 58 qəpik vergi borcu mövcuddur.


Xəbər 1292 dəfə oxunub.



09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +