DSMF 51,5 milyonluq iki tender elan edib
Rəşad Daşdəmirov həbs edildi
Generalın oğlu... - Və daha kimlər saxlanıldı?
Özü Ramiz Mehdiyev haqqında təriflər yağdırıb - Deputat
Tokayev Pezeşkianla görüşdü
Ukrayna Xəzərdəki neft platformasını vurdu
“Porsche“ ilə avtoxuliqanlıq edən sürücü həbs olundu
General-leytenant Usubovun oğlu həbs edilib
Generaldan etiraf: Mənə “paçka”larla pul verib
“Rahat” marketi tarakanlar basdı – Foto


13.08.2025  17:20 

Bu şəxslərə 6 min manat pul verildi





A+  A-

Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə ilk dəfə işə düzələn zaman 6 min manat məbləğində birdəfəlik ödəniş verilir.

XəzərNews.az xəbər verir ki, ötən il qüvvəyə minən qanuna əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinə verilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətin tərkibinə daxil edilməklə birdəfəlik müavinətin qanunun hazırkı redaksiyası və hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği (Dövlət Statistika Komitəsi tərəfindən sonuncu dəfə açıqlanmış ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği 1003,5 manat olub) nəzərə alınmaqla 6 min manat müəyyən edilib.

Beləliklə, əgər vətəndaş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxsdirsə və ilk dəfə işə düzəlirsə, o zaman DOST mərkəzinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumlarına müraciət etməklə 6 min manat məbləğində birdəfəlik kompensasiya almaq hüququna malikdir.

Modern.az indiyədək neçə nəfərə bu müvinətin verildiyini öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərib.

Qurumun Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirib ki, indiyə kimi 43 nəfərə 6000 manat bidəfəlik müavinət ödənib:

"20 dekabr 2024-cü il tarixindən qüvvəyə minən qanunvericilik aktları ilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzəldikləri zaman onlara verilən birdəfəlik sosial ödəniş 15 faiz artırılmaqla birdəfəlik müavinət olaraq 6000 manata çatdırılıb.

Ötən dövrdə bu kateqoriyadan olan və ilk dəfə işə düzələn 43 nəfərin hər birinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 6000 manat məbləğində birdəfəlik müavinət təyin edilərək ödənilib".

Xəbər 1732 dəfə oxunub.




11.12.2025  14:16 

Rəşad Daşdəmirov həbs edildi

11.12.2025  13:32 

Tokayev Pezeşkianla görüşdü

11.12.2025  11:20 

Faktiki hava: Rayonlara qar yağır

11.12.2025  10:16 

Voronejdə hava hədəfi vurulub

11.12.2025  10:00 

DYP sürücülərə müraciət etdi

10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video


BÜTÜN XƏBƏRLƏR +