Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


05.07.2021  16:49 

Çinli kosmonavtlar 13 ildən sonra yenidən açıq kosmosda





A+  A-

Çinli kosmonavtlar 2008-ci ildən bu yana ilk dəfə olaraq açıq kosmosa çıxıblar. Onlar kosmosda kosmik gəmidən kənarda fəaliyyət göstərəcəklər.
XəzərNews.az Çinin “CCTV” dövlət telekanalına istinadən xəbər verir ki, bu tapşırığı Çin orbit stansiyasının kosmonavtları Liu Bomin və Tan Honbo həyata keçirib. Bu zaman ekipajın komandiri Nie Hayşen “Tianhe” adlı modulun içərisində köməkçi işlərlə məşğul olub.

Bu, “Şencou-12” ekipajının kosmosa çıxmaqla bağlı ilk missiyası və son 13 ildə çinli kosmonavtlar üçün kosmik gəmidən kənarda ilk fəaliyyət kimi qeydə alınıb.

Qeyd edək ki, Çin 17 iyun tarixində inşa edilən orbit stansiyasına kosmonavtlarla birgə bir kosmik gəmi göndərib. “Chang Zheng 2F” adlı kosmik gəminin heyətində adları yuxarıda qeyd edilən kosmonavtlar yer almışdı. Missiyanın uğurlu olduğu açıqlanmışdı.

Qeyd edək ki, onlar sonuncu dəfə açıq kosmosa 2008-ci ildə “Şencou-7” kosmik gəmisinin heyətində çıxmışdılar.

Xəbər 3579 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +