Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


05.07.2021  13:22 

Rusiyada 6 terrorçu zərərsizləşdirildi





A+  A-

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskva, Kabardin-Balkar və Həştərxan vilayətində bir neçə terror aktının qarşısını alıb.
XəzərNews.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzinin yaydığı məlumata əsasən, xidmət İŞİD beynəlxalq terror təşkilatının üzvləri tərəfindən 2021-ci ilin yayında Rusiya ərazisində törədilməsi planlaşdırılan bir sıra terror aktlarının qarşısını alıb.

Həyata keçirilən tədbirlər nəticəsində 6 cinayətkar zərərsizləşdirilib, 2-si isə saxlanılıb.

Həmçinin, Moskvada iki terror aktının qarşısı alınıb, iki şübhəli şəxs saxlanılıb.

Bundan əlavə, FTX əməkdaşları Moskvada insanların kütləvi olduğu yerlərdə partlayıcı qurğunu işə salmaqla terror aktı törətməyə hazırlaşan İŞİD təşkilatının üzvünü ələ keçiriblər.

Həştərxan vilayətində və Kabardin-Balkarda terror təşkilatlarının altı iştirakçısı zərərsizləşdirilib.

Xəbər 3480 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +