“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb
İranın İslami strukturlarla münasibətlərində gərginlik – Açıqlama


28.01.2024  05:46 

Finlandiyada prezident seçkiləri keçiriləcək





A+  A-

Finlandiyada ölkənin sayca 13-cü dövlət başçısını müəyyən edəcək prezident seçkiləri keçiriləcək.

Xəzərnews.az Report-a istinadla xəbər verir ki, bu vəzifə uğrunda həm siyasi partiyalar, həm də seçici hərəkatları tərəfindən irəli sürülmüş ümumilikdə doqquz namizəd mübarizə aparır.

Seçkilərdə yaşı 18-dən yuxarı olan Finlandiya vətəndaşları səs verə biləcək.

Təxminən 4,55 milyon nəfərin səsvermə hüququ var (ölkə əhalisi 5,56 milyon nəfərdir). Seçki məntəqələri yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 11:00) açılacaq və saat 20:00-a (Bakı vaxtı ilə 22:00) qədər açıq olacaq. Erkən səsvermə yanvarın 17-23-də keçirilib və seçicilərin 44,7 %-i iştirak edib.

Seçkinin nəticələri günün sonuna kimi bəlli olacaq. Namizədlərdən biri qalib gələrsə, fevralın 1-də yeni prezidentin andiçmə mərasimi keçiriləcək. Namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməsə, ən yüksək nəticə göstərən iki namizəd fevralın 11-də keçiriləcək ikinci tura keçəcək.

Finlandiyada prezident altı il müddətinə seçilir.

Xəbər 2643 dəfə oxunub.




16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı


BÜTÜN XƏBƏRLƏR +