Xankəndidə “Range Rover” qalmaqalı
Bu problemin səbəbkarı elə medianın özüdür - PR menecer
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi
ABŞ Rusiya, Çin və İrana qarşı olan layihədən çıxır?
Zelenski: Putin hazırda zəif vəziyyətdədir
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü
İçkili halda uşaq doğan ana onu pəncərədən küçəyə atdı
Xəstənin 40 minini alıb, tort kəsib lağa qoydular


20.10.2018  10:21 

1.1 milyard manatlıq ipoteka verilib





A+  A-

2018-ci ilin üçüncü rübünün sonuna olan vəziyyətə əsasən Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə ipoteka kreditlərinin təkrar maliyyələşdirilməsinin həcmi 1,1 milyard manat, o cümlədən güzəştli kreditlərin həcmi 315 milyon manat təşkil edib.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fondun yayımladığı hesabatda deyilir. Ötən ilin 9 ayı ilə müqayisədə təkrar maliyyələşdirmənin həcmi 43,5 faiz, güzəştli kreditlərin təkrar maliyyələşdirilməsi həcmi 40 faiz artıb.

Üç rüb ərzində ümumilikdə 23 759 ipoteka krediti verilib ki, onlardan 7 036-ı güzəştlidir.

Hesabat dövründə Bakıda 18 109, Sumqayıtda 2 371, Abşeron rayonu və Xırdalanda 1 664 ipoteka krediti verilib.

Bakıda ən çox ipoteka krediti Xətai rayonunda (24,3 faiz) verilib. Yasamal rayonunda ipoteka kreditlərinin payı 16,8 faiz, Binəqədi rayonunda 13,6 faiz təşkil edib.

İpoteka kreditlərinin 21 faizdən çoxunu hərbi qulluqçular götürüb. Daha sonra maliyyə sektorunun nümayəndələri - bankir və sığortaçılar (20,8 faiz), energetika sahəsi (12,6 faiz), hüquq-mühafizə orqanlarının (8,7 faiz) əməkdaşları gəlir.

İl ərzində ipoteka kreditlərinin ailə vəziyyəti üzv strukturunda dəyişiklik qeydə alınıb. Əgər 2017-ci ilin üç rübü ərzində ipoteka götürənlərin 68,7 faizi evli idisə, bu il onların payı 48,4 faiz təşkil edib. Subay ipoteka götürənlərin payı isə 31,3 faizdən 51,6 faizədək artıb.

Xəbər 3788 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.09.2025  16:38 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +