Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?
Kişi sevgilisinin azyaşlı oğlu tərəfindən bıçaqlandı
Saleh Məmmədov işçilərin maaşından 50 manat kəsib?
Azərbaycanlıya işgəncə verənlərə cəza verildi
DTX-nin həbs etdiyi “Çaqqal“dan xəbər var
Binəqədidəki bağçada nə baş verir? - Video
Polis bu qadınları axtarır - Siyahı
“Azparking”in zəbt etdiyi yollar nə vaxt boşaldılacaq?


22.09.2023  11:16 

Qarabağdakı erməni döyüşçülərə amnistiya vəd olundu





A+  A-

“Qarabağda olan bəzi hərbi dəstələr müqaviməti davam etdirəcəklərini bildirirlər”.

Xəzərnews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə müsahibəsində deyib.

H.Hacıyev bir daha rəsmi Bakının mövqeyini ifadə edib.

O qeyd edib ki, Azərbaycan silahlarını təslim edən Qarabağdakı erməni döyüşçülərə amnistiya nəzərdə tutur.

“Hazırda biz görürük ki, bəzi ayrı-ayrı hərbi qruplar bizimlə razılaşmayacaqlarını və müqaviməti davam etdirəcəklərini açıq şəkildə bəyan edirlər”, - deyə H.Hacıyev əlavə edib.

Hikmət Hacıyev xatırladıb ki, sentyabrın 22-də Azərbaycan Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərib.

“Azərbaycan Qarabağ ermənilərinin sülh yolu ilə reinteqrasiyasını istəyir”, - Hikmət Hacıyev vurğulayıb.

Xəbər 3434 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +