Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


27.05.2021  17:21 

“Vətəndaşı boğuruq ki, olan-qalanını da gətirib banka versin”





A+  A-

“Azərbaycanda kredit məsələsi heç də birmənalı şəkildə qarşılanmır. Ölkədə bir çox sahələrdə dəyişikliklər oldu. Ancaq kredit məsələsi düzəlmədi ki, düzəlmədi…”
XəzərNews.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov bu gün Milli Məclisin iclasında deyib. O qeyd edib ki, ölkədə kredit alanı yoxlayırlar, verəni isə yox: “Bir də gördün ki, 4 bank bağlanıb. Bunların fəaliyyəti yoxlanılmadı. Nəticədə də günün günorta çağı qərar verdilər ki, banklar bağlandı. Kredit faizləri ilə deposit arasında ən azından 10-12 faiz fərq verir. Nəticədə vətəndaşa 24 faizə kredit təklif edilir. 24 faizə kredit götürənin onu qaytarmaq məsələsi var.

Bundan əlavə, müəyyən miqdarda kredit götürürsənsə, ondan 2-3 qat artıq girov qoymaq tələb olunur. Nəticə etibarilə kimsə öz qohumunun evini gətirib banka girov qoyur. 24 faizlə də krediti qaytara bilmir. Nəticədə də bank gəlib evi götürür və vətəndaş nəticədə evsiz qalır. Bu kredit məsələsi fundamental şəkildə həll edilməlidir. Güzəştli kredit də ikiqat girov tələb olunur. Vətəndaş kredit götürür ki, iş açsın. Əksinə biz onu boğuruq ki, olan -qalanını da gətirib banka versin”.

Xəbər 1606 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +