Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


27.05.2021  09:25 

BMT TŞ Mali Prezidenti və Baş nazirinin həbsini pislədi





A+  A-

BMT Təhlükəsizlik Şurası (TŞ) Malinin müvəqqəti Prezidenti Ba Ndao, ölkənin Baş naziri Moktar Uan və keçid dövrünün digər liderlərini dərhal azad etməyə çağırıb və onların həbsini qətiyyətlə pisləyib.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.

“Onlar [TŞ üzvləri] bütün saxlanılan vəzifəli şəxsləri təhlükəsiz, dərhal və qeyd-şərtsiz azad etməyə çağırdılar və müdafiə və təhlükəsizlik qüvvələrinin elementlərini dərhal öz kazarmalarına qayıtmağa çağırdılar”, - bəyanatda qeyd olunur.

Daha əvvəl “Agence France-Presse” Mali vitse-prezidenti Bubu Sissenin müşavirinə istinadən bildirmişdi ki, Prezident və Baş nazir həbs olunmuş digər keçid dövrünün liderləri ilə birlikdə tədricən azad olunacaq.

Çərşənbə günü Bubu Sisse ölkə Prezidenti və Baş nazirinin istefaya getdiyini elan edib. Mayın 24-də axşam saatlarında onlar bir qrup hərbçi tərəfindən öz igamətgahlarında həbs edilib və paytaxt yaxınlığındakı Kati hərbi bazasına aparılıb.

Xəbər 1542 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +