Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?
Kişi sevgilisinin azyaşlı oğlu tərəfindən bıçaqlandı
Saleh Məmmədov işçilərin maaşından 50 manat kəsib?
Azərbaycanlıya işgəncə verənlərə cəza verildi
DTX-nin həbs etdiyi “Çaqqal“dan xəbər var
Binəqədidəki bağçada nə baş verir? - Video
Polis bu qadınları axtarır - Siyahı
“Azparking”in zəbt etdiyi yollar nə vaxt boşaldılacaq?


17.12.2018  12:08 

Radarlarla bağlı cərimə ləğv edilsin! - Deputatdan təklif





A+  A-

"Radarlarla bağlı tətbiq edilən cərimələr ləğv edilsin. Çünki qanunvericilikdəki bu cəzalar əhəmiyyətini itirib”.
XəzərNews.az xəbər verir ki, belə təkliflə deputat Tahir Kərimli çıxış edib. O xatırladıb ki, sürücülər mobil proqramlar vasitəsilə radarların yerini müəyyən edə bilirlər: "Radarın harada olduğunu bilən sürücü də sürət həddini aşağı salır. O zaman qanunvericilikdəki həmin cəzaların nə əhəmiyyəti var?! Təklif edirəm ki, İnzibati Xətalar Məcəlləsindən həmin müddəalar çıxarılsın”.

Millət vəkili bəzi müddəalarda cəzaların sərtləşdirilməli olduğunu qeyd edib: "Piyadalar telefonla danışa-danışa yolu keçirlər, baxmırlar ki, maşın gəlir. O, bur dəfə 50 manat cərimə olunsa, daha qaydanı da pozmaz. Şəhərdə sürücülər yersiz siqnal verirlər, bunun qarşısını almaq üçün cəzalar sərtləşdirilməlidir. Yaşayış binalarının yaxınlığında tıxac olanda orada yaşayanlar yata bilmirlər”.

T. Kərimli dayanma-durma qaydalarını pozanlarla bağlı da cərimələrin artırılmalı olduğunu düşünür.

Xəbər 1875 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +