Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


08.11.2017  08:51 

Səudiyyə Ərəbistanında saxlanılanların 800 milyardını müsadirə ediləcək





A+  A-

Səudiyyə Ərəbistanı hakimiyyəti korrupsiya ilə mübarizə kampaniyası çərçivəsində saxlanılanların 800 mlrd. dollaradək vəsait və aktivləri müsadirə etmək niyyətindədir.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə 60 nəfər saxlanılıb. Onların arasında şahzadələr, məmurlar və digər nüfuzlu şəxslər var. Artıq onların bəzilərinin bank hesabları dondurulub.

Qəzetin mənbəsi bildirib ki, müsadirə olunacaq aktivlər dövlətin mülkiyyətinə keçəcək. Ümumi məbləğin 800 mlrd. dollaradək çatdığı bildirilir. Sözügedən vəsaitin xeyli hissəsi ölkədən kənarda saxlanılır və bu onların qaytarılmasını çətinləşdirə bilər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında vəliəhd şahzadəsinin rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Komitəsi hakim ailənin nümayəndəsi olan şahzadələr və hökumət üzvlərinin həbs edilməsinə dair qərar qəbul edib.

Xəbər 1702 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +