Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


14.11.2023  14:22 

“Müharibədə dönüş nöqtəsi yaxınlaşır“ - Ermak tarix açıqladı





A+  A-

Gələn il Rusiyaya qarşı müharibədə "həlledici" olacaq, dönüş nöqtəsi yaxınlaşır.

Xəzərnews.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidentinin Aparat rəhbəri Andrey Ermak deyib.

A.Ermak Rusiyanın ölkənin enerji sisteminə gözlənilən hücumundan əvvəl ABŞ və Avropanı sanksiyaları gücləndirməyə və Ukraynaya əlavə silah sistemləri, xüsusən də hava hücumundan müdafiə sistemləri verməyə çağırıb.

"Müharibədə dönüş nöqtəsi yaxınlaşır. Gələn il həlledici olacaq", - deyə Ermak bildirib.

Ermak qeyd edib ki, Kiyevin əks-hücumları davam edir və prezident Zelenski qələbəni necə əldə edəcəyini bilir.

Ermak ABŞ-a səfəri zamanı ABŞ, Almaniya, Böyük Britaniya və Fransanın milli təhlükəsizlik müşavirləri ilə görüşüb.

Xəbər 1166 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +