Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


10.11.2023  09:38 

Nazirlik Səməd Seyidovun oğlunu məhkəməyə verdi





A+  A-

Elm və Təhsil Nazirliyi Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun oğlu Urxan Seyidov barəsində məhkəmə iddiası qaldırıb.

Xəzərnews.az Ekonominfo.az-a istinadən xəbər verir ki, iş Səbail Rayon Məhkəməsinin hakimi Rəna Qafarovanın icraatına verilib.

Məhkəmə iddiasının müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə əlaqəli olduğu bildirilir.

Qeyd edək ki, Urxan Seyidov 2008-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 40 manat olan “Snur” MMC-nin (VÖEN - 1301634391) qanuni təmsilçisidir.

Avropanın aparıcı şirkətlərindən olan “Garlando”nun rəsmi veb saytında qeyd olunur ki, şirkətin Azərbaycandakı rəsmi nümayəndəsi “Snur” MMC-dir.

“Garlando” şirkəti isə stolüstü oyunlar (bilyard, futbol, tennis və s.) üçün avadanlıqlar istehsal edən Avropanın və eləcə də dünyanın aparıcı şirkətlərindən biridir.

Bu şirkətin Ermənstandakı rəsmi tərəfdaşı Ermənistan Stolüstü Futbol Federasiyasıdır.

“Garlando” şirkətiylə bağlı maraqlı məqamlardan biri də odur ki, bu şirkət Ermənistanın “Artsakh” (Xankədidəki keçmiş seperatçı rejimin adı – red) adlı klubunun baş sponsorudur. Ötən ilin noyabr ayında “Artsakh” klubu “Garlando” şirkətinin dəstəyi ilə Beynəlxalq Stolüstü Futbol Federasiyasının keçirdiyi Avropa Çempionlar Liqasında iştirak edib.

Xəbər 4034 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +