“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


27.12.2022  13:49 

“Bandotdel“ deputata məxsus olduğu deyilən aptekdə əməliyyat keçirib





A+  A-

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (Bandotdel) tərəfindən “Avromed”in lisenziyası ilə fəaliyyət göstərən Bakı şəhəri, Xətai rayonu Mehdi Mehdizadə küçəsində yerləşən “Urfan” adlı aptekə əməliyyat keçirilib.

Əməliyyata səbəb Arif adlı müştərinin sözügedən aptekdən 38 manata “Galvus Med” adlı qeydiyyatsız dərman alması olub. Nəticədə 2016-cı ilin yanvarından aptekdə məsul şəxs nəzarətçi işləyən, aptekin maliyyə mühasib işlərini aparan Orxan adlı şəxs saxlanılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən 20 iyul 2022-ci il tarixdə keçirilən əməliyyat zamanı "Urfan" adlı aptekdən 2 qutu “Thincar”, 2 qutu “Arava", 2 qutu "Forziga”, 1 qutu “Evigen”, 1 qutu “Cyclo-Progynova”, 1 qutu “Eliquis”, 1 qutu “Poetal”, 1 qutu “Cleocin”, 1 qutu “Plavix”, 2 qutu “Viread", 1 qutu “Nootrapil”, 2 qutu “Mirena”, 1 qutu “Salofalk 4g/60g”, 3 qutu “Salofalk”, 1 qutu “Zoviraks”, 1 qutu “Veropamila”, 1 qutu “Bemiks Kompaze”, 1 qutu “Meteospasnyl”, 1 qutu “Travatan”, 1 qutu “Yazz”, 1 qutu “Xatral”, 1 qutu “Progestan”, 1 qutu “Menopur”, 2 qutu “Lithuril", 1 qutu "Ursofalk”, 6 qutu “Cialis 2 mg”, 2 qutu “Cialis 5 mg”, 4 qutu “Viagra”, 5 qutu “Dideral”, 1 qutu “Prelingalit”, 4 qutu “Diltizem”, 2 qutu “Transamine”, 5 qutu “Dostinex”, 2 qutu “Laroxyl”, 2 qutu “Tamoxifen”, 3 qutu “Vastarel”, 3 qutu “Janumet”, 6 qutu “Atarax”, 4 qutu “Norvasc”, 3 qutu “Diane”, 2 qutu “Jardiance”, 7 qutu “Nexium", 5 qutu “Prednisalone", 2 qutu “Visanne", 4 qutu “İsoptin”, 3 qutu “Aknetrent", 1 qutu “Rytmonorm”, 5 qutu “Bactrim”, 14 qutu “Prednol-L 25 mg”, 3 qutu “Arimidex”, 4 qutu “Beloc”, 6 qutu “Xarelto”, 3 qutu “Femara”, 4 qutu “Cardura 4 mg”, 2 qutu “Alphagen”, 5 qutu “Alfamet”, 1 qutu “Avmigran”, 2 qutu “Qalyviz”, 13 qutu “Proluton”, 4 qutu “Zyrtec”, 1 qutu “Devit-3”, 7 qutu “Tegretol”, 6 qutu “Crestor”, 5 qutu “Lamictal”, 3 qutu “Triplixam”, 2 qutu “Galvus Met 5 mg/1 mg”, 2 qutu “Paxil”, 1 flakon “Atarax 2 ml”, 5 qutu “RİF”, 3 qutu “Prozac”, 5 qutu “Allergen”, 1 qutu “Anti-fosfat”, 1 qutu “Ventolin”, 1 qutu “Anti-asidoz”, 1 qutu “Kapeda”, 2 konvolyut “Kapeda”, 15 qutu “Jetokain”, 8 qutu “Favimol”, 1 qutu “Ursactive”, 8 qutu “Pentasa” markalı dərman vasitələri aşkarlanaraq götürülüb. Yalnız “Favimol” markalı dərman preparatının dövlət qeydiyyatı olması aşkarlanıb.

Məhkəmə iclasında təqsirləndirilən Orxan adlı şəxs ona Cinayət Məcəlləsinin 200-1.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Həmin şəxs bildirib ki, aptekin lisenziyası “Avromed”in adınadır.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs təqsirli bilinərək, 1 il müddətinə dərman vasitələrinin satışı və idxalı fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Götürülən dərmanlar isə dövlət nəfinə müsadirə olunub.

Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, “Avromed Company” QSC millət vəkili Cavanşir Feyziyevə məxsus olduğu deyilir./Qaynarinfo

Xəbər 1094 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +