Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


03.09.2020  15:48 

Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi





A+  A-

“Orbit-ay LTD” MMC-nin icraçı direktoru Rəsmiyyə Qazıyevanın həmin MMC-nin direktor müavini vəzifəsində işləmiş Xatirə Həmidova tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş cəmiyyətin xeyli miqdarda pul vəsaitini ələ keçirməsi barədə müraciəti əsasında Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılmış araşdırma nəticəsində qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar Nizami rayon prokurorluğu tərəfindən ləğv edilərək fakt üzrə 26.11.2019-cu il tarixdə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanıb.
Bu barədə Nizami rayon prokurorluğundan XəzərNews.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Nizami rayon prokurorluğu tərəfindən aparılmış istintaqla Xatirə Həmidovanın cəmi 39 min 107 manat məbləğdə pul vəsaitini cəmiyyətin bank hesabında çeklərə imza etməklə ələ keçirib cəmiyyətin kassasına mədaxil etməməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

19.08.2020-ci il tarixdə Xatirə Həmidova Cinayət Məcəlləsinin 179.2.2 (mənimsəmə təkrar törədildikdə), 179.2.3 (mənimsəmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (mənimsəmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd olunan maddələrlə ittiham elan edilib və ibtidai istintaq yekunlaşdırılaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Nizami rayon məhkəməsinə göndərilib.

Xəbər 2023 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +