“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


23.04.2019  11:24 

Qala divarlarının qarşısında restoran tikilir - Rəsmi açıqlama





A+  A-

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Kiçik Qala küçəsində Qala divarlarının qarşısındakı tikinti işləri bağlı yayılan məlumatlara aydınlıq gətirib.
XəzərNews.az xəbər verir ki, qurum açıqlamada ötən ilin sonundan etibarən abidələrə heç bir zərər yetirməyən kafe-terrasların genişləndirilməsi layihəsinin həyata keçirildiyini bildirib.

Qeyd olunub ki, layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur:

“Bu üslubda təmir-bərpa işləri Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı nə İçərişəhərin, nə də Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirmir. İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız İdarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir.

Qeyd edək ki, həmin layihəyə aid məlumatlar 2018-ci ilin noyabr ayından etibarən İdarənin rəsmi veb-səhifəsində mövcuddur”.

Xəbər 2087 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +