“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


22.04.2019  10:52 

Problemli kreditlərə görə komissiya yaradıldı





A+  A-

Maliyyə Bazarlarıına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditlərinə dair bəyanat yayıb.
XəzərNews.az-a daxil olan məlumata görə, Azərbaycan Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmandan irəli gələn müraciətlərin araşdırılması məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasında Apelyasiya Komissiyası yaradılıb. Fəaliyyətə başladığı dövrdən Apelyasiya Komissiyasına çoxsaylı müraciətlər daxil olmaqdadır.

Bildiririk ki, daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb olunduqda 30 iş günü müddətində baxılır. Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edilən hallarda isə bu müddət 30 iş günü uzadıla bilər.

Xəbər 1266 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +