Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


07.02.2018  10:07 

Xərçəngə qarşı yeni preparat hazırlandı





A+  A-

Stenford Universitetinin tədqiqatçıları xərçəng xəstəliyinə qarşı preparat hazırlayıblar. Dərman üzərində aparılan testlər uğurla nəticələnib.
XəzərNews.az “Medikforum” saytına istinadla xəbər verir ki, ilk olaraq gəmiricilər üzərində sınaqdan keçirilən preparat xərçəng hüceyrələrinə güclü təsir göstərib. Belə ki, preparat immun hüceyrələrini müəyyən olunmuş şişlərə “istiqamətləndirir” və onları bir neçə gün ərzində məhv edir. Tibb işçilərinin indiyədək istifadə etdikləri dərmanlarla bunu həyata keçirmək qeyri-mümkün idi. Bundan əlavə, maddələrin uyğunluğu vacib amillərdəndir. Dərman molekulları ayrı-ayrılıqda xərçəngə təsir etmir. Lakin onlardan bir yerə toplanmış halda istifadə etdikdə funksiyalarını dəyişə və xəstə orqanizmə təsir göstərə bilərlər.

Yeni dərman xərçəng xəstəliyinin immunoterapiya vasitəsilə müalicə üsullarının axtarışı çərçivəsində yaradılıb. Bu üsulun tətbiqi insan immunitetini fəallaşdırmaq, onu xərçəng hüceyrələrinə qarşı işləməyə məcbur etmək və onları müstəqil məhv etmək məqsədi daşıyır. Bu, xəstəliyin müalicəsində ən ağrısız üsuldur.

Gələcəkdə testlər insanlar üzərində də keçirilə bilər.

Xəbər 1410 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +