Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


22.12.2017  12:26 

Həccə gedənlərə şad xəbər: QMİ qiyməti ucuzlaşdırdı





A+  A-

Həcc ziyarətindən iki ay sonra kiçik Həcc (Ümrə) ziyarətinə gedişlər başlayır. Noyabr ayının sonundan indiyədək Azərbaycandan iki qrup Ümrə ziyarətinə gedib.
XəzərNews.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov bildirib.

O qeyd edib ki, yanvar ayı ərzində Azərbaycandan daha bir qrup kiçik Həcc ziyarətinə yollanacaq: "Fevral ayı üçün də gediş nəzərdə tutulur”.

QMİ rəsmisi bildirib ki, Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləği aşağı salınıb: "Qiymət ucuzlaşıb. Məsələn, keçən il Ümrə ziyarəti üçün ən aşağı qiymət 2 min dollardan çox idi. Hazırda qiymətlər otelə görə 1500 dollardan 2300 dollara qədər dəyişir. Yəni, qiymətlər 500 dollardan da çox uzuclaşıb”.

Ümrə ziyarətinin 3 günlük Mədinə, 5 günlük isə Məkkə ziyarəti ilə yekunlaşdığını xatırladan QMİ rəsmisi əlavə edib ki, ziyarət ümumilikdə 9 gün çəkir: "QMİ ziyarətə Azərbaycan vətəndaşları və Azərbaycanda yaşamaq icazəsi olan əcnəbiləri göndərir”.

Xəbər 2376 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +