“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


18.06.2017  10:07 

Futbolda yeni qərarlar gözlənilir - Sadəcə inanılmazdır





A+  A-

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası futbola yeni qaydaların gətirilməsini müzakirəə çıxaracaq.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, qurumun rəhbəri Deyvid Elleray yeniliklərlə bağlı sənədlər hazırlandığını və təkliflərin idarə heyəti tərəfindən dəyərləndiriləcəyini söyləyib.

Futbolda nəzərdə tutulan yeniliklərlə bağlı təkliflər aşağıdakılardır:

- Futbolçunun künc və cərimə zərbəsi zamanı topu komanda yoldaşına pas vermədən özü oyuna daxil etməsi;

- Cərimə meydançası daxilində komanda yoldaşı topu geri ötürmə edərək qapıçısına verərsə qapıya penalty təyin olunması;

- Cərimə zərbəsi zamanı top hərəkətdə olarkən oyuna daxil edilməsi;

- Penalti zərbəsi zamanı rəqib oyunçular cərimə meydançasına daxil olarsa birbaşa qolun verilməsi;

- Komanda şəklinə hakimə etiraz edilməsi və onun ətrafına toplanması baş verərsə həmin klubdan xal silinməsi cəzası;

- Penalti zərbəsi zamanı topu qapıçı qaytararsa təkrar zərbəyə icazə verilməməsi və oyunun dayandırılaraq qapıçı tərəfindən topun oyuna daxil etməsi;

- Matçın müddətinin 90 dəqiqədən 60 dəqiqəyə azaldılması da yeniliklər arasında nəzərdə tutulub. Topun meydandan kənarda olduğu və oyunun dayandığı dəqiqələr ümumilikdə 60 dəqiqənin üzərinə əlavə ediləcək;

Qeyd edək ki, müzakirənin 2018-ci ildə aparılması gözlənilir.

Xəbər 1530 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +