Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir
Milli Məclisin xüsusi iclası başladı
Saxta alkoqollu içkilər istehsal edirmiş
Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış


29.01.2025  11:53 

165 minlik dələduzluq edən şəxs həbs olundu





A+  A-

Mingəçevirdə vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vurmaqa təqsirləndirilən 58 yaşlı Rasim Həsənov həbs edilib.

Bu barədə XəzərNews.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumat verilib.

Bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində zərərçəkənlərə torpaq sahəsi satmaq, qeyri - yaşayış obyektlərini adlarına rəsmiləşdirmək və digər yalan vədlər verərək həmin şəxslərin 165 min manat pulunu dələduzluqla ələ keçirməkdə şübhəli bilinən Rasim Həsənov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.


Xəbər 3033 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +