20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır


18.05.2018  22:26 

Ramazanın üçüncü gününün duası - İmsak və iftar vaxtı





A+  A-

Bu gün Azərbaycanda Ramazan ayının ikinci günüdür.
XəzərNews.az xəbər verir ki, QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən, üçüncü gün üçün imsak vaxtı saat 03:38, iftar vaxtı isə 20:09-a təyin olunub.

Üçüncü günün imsak vaxtı üçün duasını təqdim edirik:

“Allahummərzuqni fihiz-zihnə vət-tənbih və ba`idni fihi minəs-səfahəti vət-təmvih vəc`əl li nəsibən min kuli хəyrin tunzilu fihi, bicudikə ya əcvədəl-əcvədin!”.

Tərcüməsi: “Allahım mənə bu ayda zehn itiliyi və ayıqlıq əta et, məni bu ayda səfehlik və səhvdən uzaqlaşdır, mənə bu ayda nazil etdiyin bütün хeyirlərdən bir pay ver, səхavətliliyinə хatir ey səхavətlilərin ən səхavətlisi!”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul etsin!

Xəbər 1710 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +