20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır


28.12.2017  09:57 

Alpinistlər helikopterlə axtarılır - VİDEO





A+  A-

Quba rayonunda itkin düşən 3 alpinistin - Babur Hüseynov, Namin Bünyatzadə və Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.
XəzərNews.az Xəzər TV-yə istinadən məlumat verir ki, axtarışlara FHN-nin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu cəlb olunub. Axtarış işlərinə sabah əlavə qüvvələr, o cümlədən Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsinin cəlb olunması nəzərdə tutulur. Bununla yanaşı, axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb.

Alpinistləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidəki postuna aparan Xınalıq kənd sakini Rasim Aslanov deyir ki, hava şəraiti pis olduğu üçün onlara geri qayıtmağı məsləhət görüb. Lakin alpinistlər israrla marşrutu davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, alpinistlər dekabrın 23-də Tufandağ istiqamətində yürüşə çıxıblar. Onlardan Babur Hüseynovun Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı olduğu bildirilir.


Xəbər 1906 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +