“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


14.10.2017  13:09 

Çayların suyu yenə də artdı





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların hazırkı vəziyyəti haqda açıqlama yayıb.
XəzərNews.az xəbər verir ki, açıqlamaya görə, ötən günlər ərzində bəzi yerlərdə yağan yağış nəticəsində respublikanın əksər çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-140, Kiçik Qafqazın çaylarında 190-230, Lənkəran-Astara bölgəsi çaylarında 50-100 , Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edir.

Oktyabrın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 175 m3/s olmaqla ongünlük normanın 104 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 127 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 93 m3/s olmaqla, ongünlüknormanın 87 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 64 m3/s təşkil edərək ongünlük normanın 60 faizinə bərabər olub.

Oktyabrın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Araz çayının Novruzlu məntəqəsində 4 sm artım, Şirvanda 10, Bankədə 9 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 381 m (2016-cı il oktyabrın 13-də 400 sm), Şirvanda 263 sm, Salyanda 240 sm (2016-cı il oktyabrın 13-də 259 sm), Bankədə 208 sm (2016-cı il oktyabrın 13-də 223 sm), Araz çayının Novruzlu məntəqəsində isə 106 sm (2016-cı il oktyabrın 13-də 115 sm) təşkil edir.

Xəbər 1547 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +