Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


04.09.2022  12:29 

Bu qocalar nə zaman imtina edəcək?





A+  A-

Ölkənin Universitetlərində ötən əsrin 60-cı illərindən qalma kafedra müdirləri var. Deyəcəksiniz ad çəkmir? Çəkim də!

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Etibar Əliyev çıxış edib.

E.Əliyev onların bəzilərinin adlarını da açıqlayıb:

Məsumə Məlikova 1968-cı ildən indiyə kimi BDU-nun Hüquq fakültəsinin “Dövlət və hüquq nəzəriyyəsi və tarixi" kafedrasının müdırıdir.

Sudeyif İmamverdiyev 1990-cı İldən Tibb Universitetində "Urologiya" kafedrasının müdiridir.

Yaqub Məmmədov isə ATU-da 1979-cu ildən 2001-ci ilə kimi “Pataloji fiziologiya" kafedrasının müdiri vəzifəsini tutub. Onu əvəz edən S.Əliyev isə 21 ildir kafedra müdiridir. İki nəfər 43 il...

Abel Məhərrəmov 22 ildir BDU-da “Üzvi kimya” kafedrasının müdiridir.

Belələrinin sayı 10-larladır. 40-50 il kafedra müdiri olmuş dünyasını dəyişənlərin adlarını çəkmirəm.

Qərbdəki və Şərqdəki elmdən danışırıq. 40 - 50 il universitetlərdə kafedra müdiri vəzifələri zəbt edilirsə, hansı elmdən danışmaq olar?

Bir yapon aliminin əxlaqı barədə yazıram. Yapon kimyaçısı Keniti Fukui 1981-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülüb. O, “Nobel mükafatı həyatınızı necə dəyişdi”? sualına belə cavab verib: “Yaponiyada Nobel mükafatı laureatları olduqca azdır. Mən kimya üzrə Nobel mükafatını alan ilk kimyaçı olduğumdan, mətbuat üçün “bəxtəvər” ola bilərdim. Lakin xoşbəxtlikdən, yaxud bədbəxtlikdənmi, yaş həddim çatdığından Kioto Universitetindən istefa verməli idim. Bu qayda istisnasız olaraq bütün professorlara aid edilirdi. Mən 39 il dərs dediyim universiteti mükafata layiq görülsəm də belə tərk etdim. Bu böyük mükafat şəxsi həyatımı o qədər dəyişmədi. Hər gün evimdən iş yerinə piyada gedir, yenə həmin kostyumları geyinirəm?"

Bu qədər...

Xəbər 1543 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +