Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


01.03.2019  12:17 

Azərbaycanda mağazada kütləvi zəhərlənmə olub





A+  A-

Cəlilabad rayonunda böyük ticarət mərkəzlərinin birində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Rayon Prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, fevralın 28-də şəhərin mərkəzində yerləşən “GREEN STORE” mağazasının işçiləri kimyəvi maddələrdən zəhərlənib.

Polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub. Hadisə ilə bağlı izahatlar alınıb, mağazada quraşdırılan müşahidə kameralarının videogörüntüləri götürülüb.

Məlumata görə, hadisə nəticəsində zəhərlənən 14 əməkdaş xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti yaxşı olmadığı üçün stasionar qaydada müalicəsi davam etdirilir, digər 12 nəfərin isə sağlamlıq vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıblar.

Xəbər 1166 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +