Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


01.09.2025  12:41 

Ermənistan və Pakistan arasında kommünike imzalandı





A+  A-

Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Pakistan İslam Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalayıblar.

XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

İmzalanma mərasimi Çinin Tianjin şəhərində keçirilən ŞƏT Zirvə Toplantısı çərçivəsində baş tutub.

Kommunikeni imzalamaqla Ermənistan və Pakistan diplomatik əlaqələr qurur. İki ölkənin hökumətləri suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət, təcavüz etməmək, bir-birinin daxili işlərinə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc yanaşı yaşamaq prinsipləri daxil olmaqla, BMT Nizamnaməsinə uyğun olaraq dostluq münasibətlərini inkişaf etdirməyə çalışırlar.

Ermənistan və Pakistan hökumətləri 1961-ci il Diplomatik Münasibətlər Konvensiyasına uyğun olaraq Nümayəndələrin mübadiləsi və bir-birlərinə lazımi yardımın göstərilməsi barədə razılığa gəliblər.

Xəbər 1264 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +