Bəzi qanunların dili olduqca çətindir - Sabir Rüstəmxanlı
Mehdiyev-Kərimli birliyi: Gizli əlaqələr, birgə “layihə“lər...
Büdcəyə gömrük daxilolmaları niyə azalıb?
Kimlərə 8 min manat müavinət veriləcək?
Tibbi Sığorta ilə dərmanları necə alacağıq?
Prezident Əliyev Əraqçı ilə nədən danışıb?.. - QƏBUL
Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir


03.12.2025  12:27 

“Azərbaycan“nın dərc etdiyi foto gerçək deyil - Alqış Musayev





A+  A-

“Bu gün "Azərbaycan" qəzetinin 10000 - ci sayı çap olunub. Həmkarlarımızı təbrik edirik. Təəssüf ki, "Azərbaycan" qəzetinin dərc etdiyi foto gerçək deyil. Ulu Öndərimizin "Yeni Azərbaycan" qəzetini oxuyarkən çəkilən fotosu dəyişdirilib”.

XəzərNews.az xəbər verir ki, bunu "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə xəbərdarlıq edilib:

“Amma bu saxtakarlıq dönə-dönə tirajlanır. Fotoda da hər şey aydın görünür. Azərbaycan dövlətinin saxtakarlara və vətən xainlərinə müharibə elan etdiyi bir ərəfədə belə saxtakarlıq etmək nəyə xidmət edir?

Hər bir foto faktdır. Fotonu dəyişmək faktı dəyişdirmək deməkdir. Faktı təhrif etmək, dəyişmək isə hüquqi məsuliyyət məsələsidir. Belə işlərlə yalnız dələduzlar məşğul ola bilər”.





Xəbər 1811 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +