“Fərdi jurnalist müsabiqəsi”nin qalibləri açıqlandı - Siyahı
Qobuda dəhşətli qəzanın... - Videosu
Bəzi qanunların dili olduqca çətindir - Sabir Rüstəmxanlı
Büdcəyə gömrük daxilolmaları niyə azalıb?
Kimlərə 8 min manat müavinət veriləcək?
Tibbi Sığorta ilə dərmanları necə alacağıq?
Prezident Əliyev Əraqçı ilə nədən danışıb?.. - QƏBUL
Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb


01.12.2025  12:16 

Kimlərin icbari tibbi sığortasını dövlət ödəyəcək?





A+  A-

Gələn ildən dövlət büdcəsində ayrılmaların azalması fonunda icbari tibbi sığorta (İTS) sistemi üzrə yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək.

XəzərNews.az BAKU.WS-ə istinadən xəbər verir ki, indiyə qədər işsiz şəxslər üçün ödənişləri dövlət qarşılayırdısa, 2026-cı ildən bəzi kateqoriyalar sığorta haqlarını özləri ödəməli olacaqlar.

Qanuna təklif edilən dəyişikliklərə əsasən, əmək qabiliyyəti olduğu halda rəsmi gəlir göstərməyən şəxslər hər ay minimum əməkhaqqının 4 faizi həcmində – hazırkı hesablamaya görə 16 manat – icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bu, gəlirini qeyri-rəsmi əldə edən, lakin əmək münasibətlərində iştirak etməyən bütün vətəndaşlara şamil olunacaq.

Dəyişikliklər sosial həssas qrupları əhatə etmir. Aşağıdakılar ödənişdən azad olunacaq:

Əlilliyi olan şəxslər

Pensiyaçılar

Uşaqlar.

Bundan başqa, evdar və şəxsi gəliri olmayan qadınların sığortası yenə də dövlət vəsaiti hesabına həyata keçiriləcək. Bu kateqoriyaya aid şəxslərin sığorta məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirəcək. İcbari tibbi sığorta ilə bağlı yeni mexanizm və ödəniləcək məbləğ isə qarşıdakı günlərdə məlum olacaq.

Qeyd edək ki, 2026-cı ildən icbari tibbi sığorta modeli daha fərdiləşdirilmiş maliyyələşmə prinsipi ilə fəaliyyət göstərəcək. Bu, vətəndaşların öz öhdəliklərini daha aydın görməsinə və sistemin maliyyə dayanıqlığının gücləndirilməsinə hesablanıb.

Xəbər 1663 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +