Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan
Kimsəsiz qadın sığınacaqdan qovulub?
Ceyhun xanımını xilas edəndə boğulub - Faciə


05.05.2025  19:00 

Badamovun deportu: Putin ikibaşlı oyun aparır...





A+  A-

Deputat Azər Badamovun Moskvadan deportasiya edilməsi təkcə deputata və Azərbaycan dövlətinə qarşı yox, həm də Heydər Əliyevin Həştərxanda anım tədbirlərinə qarşı törədilmiş təxribatdır...

Zəmanət vermək mümkünsüzdür ki, bu təxribatın arxasında duranların hədəfi həm də Heydər Əliyevin anım tədbirlərini pozmaq və ya onun mötəbərliyinə kölgə salmaq deyilmiş...

Fakt göstərir ki, ya Putin Kreml hakimiyyətinin bütövlüyü üzərində əvvəlki şəriksiz nəzarətini itirib, ya da Putin Azərbaycanla münasibıtlərdə ikibaşlı oyun aparır....

Əks halda necə başa düşək ki, bir tərəfdən prezident İlham Əliyevə faşizm üzərində Qələbənin 80 illiyi ilə bağlı təbrik məktubu yazır, ardınca münasibətləri yumşaltmaq üçün patriarx Kirili Azərbaycan prezidenti və birinci vitse- prezidentlə görüşə göndərir, sonra dərhal isə deputat Azər Badamovu Moskvadan deportasiya e( t) dir...

Əslində faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı Putinin hörmətli İlham Əliyevə xüsusi təbrik məktubu yazmasını özü də qəribə səslənir.

Qələbənin 70 illiyində, 60 illiyində belə məktub xatırladığımız qədər yazılmamışdı. İndi nə əcəb yazılır?

Putin bu jesti niyə edib?

Hər iki ölkənin- Azərbaycanın və Rusiyanın faşizm üzərində qələbədə özlərinəməxsus paylarının olduğu kontekstində yazılıbsa, burada İlham Əliyevin də Putinə təbrik məktubu yazmaq hüququ var,ancaq Azərbaycan prezidenti bunu etmədi.

Düzgün olaraq etmədi.Çünki SSRİ adlı dövlət artıq mövcud olmadığı üçün "Böyük Vətən Müharibəsi" termini öz aktuallığını avtomatik olaraq itirib və real tarixşünaslıq baxımından gündəmə yeni "İkinci Dünya müharibəsi" termini çıxıb. Bundan başqa, bilmirik ki, Putin belə təbrik məktublarını MDB üzvləri olan digər dövlətlərin başçılarına da yazıb ,ya yox?!.

Bütün bu məntiqi mülahizələr onu göstərir ki, Putinin İlham Əliyevə yazdığı 80 illik təbrik məktubu sadəcə bir jestdir və jestin məqsədi Azərbaycan prezidentinə yaxşınlaşmaqdır. Belə yaxınlaşmaq olar?.

Ölkənin prezidentinə o qədər də məqbul olmayan məsələ ilə bağlı təbrik məktubu yazır, ardınca isə deputatı deportasiya etdirir ,bunlar bir araya sığmır...

Aydın Quliyev

Xəbər 1861 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!

21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü


BÜTÜN XƏBƏRLƏR +