Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...
Messi Azərbaycan millisini təbrik edib
Öpüşmək psixikaya mənfi təsir göstərir
Prezident Alparslan Bayraktarı qəbul edib


11.04.2025  12:52 

İran Ermənistanda ABŞ diplomatlarını girov götürə bilər - Politoloq





A+  A-

“İranın Ermənistanın üzərində ABŞ-la əməkdaşlığa hazır olmasının bir neçə dəfə mesajını verməsi diqqətdən kənarda qalmayıb. İranın Ermənistandakı səfirinin “NYT”ə Rusiya ilə İranın müttəfiq olmaması ilə bağlı verdiyi açıqlama bu məqsədlə idi. O dövrdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan səfir M.Sübhani və İranın digər rəsmiləri ilə görüşdən sonra Litva ilə əlaqə saxladı. Litva ABŞ-ın MDB və bir neçə Şərqi Avropa ölkələri üzrə xüsusi səlahiyyətlisidir. Vaxtilə Polşa böyük qrup dövlətlərin ABŞ tərəfindən kuratoru olub. Bir müddət Rumıniya kurator olub. Sonradan belə dövlətlərin sırasına Litva da qoşuldu”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, səfir M.Sübhaninin “NYT”ə ə müsahibəsi İranın Rusiyanı Ermənistandan qovulmasında iştirak edəcəyi mesajını verməli idi və bu mesajı da verdi:

“ABŞ o zaman bunu ciddi qəbul etmədi. Hələ də ABŞ İranın Ermənistanla münasibətlərinə ciddi yanaşmır. N.Paşinyan İranın xarici işlər naziri A.Əraqçı Yerevanda olduğu gün ABŞ Dövlət Katibi ilə Azərbaycanla sülh müqaviləsi barədə danışdı. Ehtimal ki, N.Paşinyan İranın xarici işlər nazirinin də Yerevanda olduğunu bildirib, İran barədə danışıb. Amma Rubio buna heç bir münasibət bildirmədi”.

Politoloq qeyd edib ki, İran-Ermənistan münasibətləri indi açıq hərbi əməkdaşlıq mərhələsindədir:

“İran Qafqazı keçmiş ərazisi hesab edir və düşünür ki, Rusiya ABŞ-ın təsiri nəticəsində zəifdir. Ukrayna müharibəsi hələ də davam edəcək, RF zəifləyəcək, o keçmiş torpaqlarını özünə qaytarmalıdır. Burada ən zəif bənd Ermənistandır. Ermənistan üzərindən anti-Rusiya mövzusunda ABŞ-la əməkdaşlıq mesajları göndərməsi də bunun üstündə dayanır”.

M.Əhmədoğlunun fikrincə SEPAH İranın daxilində hakimiyyətə gəlmək istəyir:

“Bu barədə də işlərin böyük əksəriyyəti Ermənistan vasitəsilə görülüb. Amma ABŞ-İran müharibəsi uzana bilər. SEPAH-ın indiki komandanlığı - ABŞ-la əlaqələr qurmuş hissəsi müharibəyə rəhbərlikdən uzaqlaşdırıla bilər. Ümumiyyətlə müharibəyə rəhbərlik edə bilməzlər. SEPAH-ın yeni gələn rəhbərliyinin atdığı addımlar necə olacaq?! Bu kontekstdə İran İslam inqilabının ilk illərində ABŞ-ın Tehrandakı səfirliyini gənc inqilabçılar işğal etdi, sonradan o casusluq mərkəzi adlandırıldı. İndi də ABŞ-ın Ermənistandakı səfirliyi casusluq mərkəzidir və fəaliyyətinin böyük əksəriyyəti də İrana qarşı yönəlib. SEPAH-ın yeni gələn nəsli və ya indiki rəhbərliyi müharibənin gedişində mövqelərini dəyişə bilərlər. Beləliklə, Ermənistanın içində olan İran hərbçiləri ABŞ-ın Ermənistandakı diplomatlarını və digər mütəxəssislərini girov götürəcək, İslam inqilabının inkişafında yeni mərhələnin mövcudluğunu sübut edəcəkdir”.

Xəbər 2540 dəfə oxunub.




02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?


BÜTÜN XƏBƏRLƏR +