Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu
Ölkəyə 12 manata daxil olan kərə yağı niyə 24 manata satılır?
Nicat Quliyev sədr müavini təyin edildi
Din xadimlərini Komitə təyin edəcək
Bu vəzifənin icrası Kənan Quluzadəyə tapşırılıb
İş tapmaq niyə bu qədər çətinləşib? - Video
G7 ölkələri Ukraynaya dəstəkdə qərarsızdır
“Axmat”çıları daşıyan UAZ Xersonda partladıldı


20.12.2018  17:57 

“Bu “Nar”-ın əsas strategiyasıdır” – Qunnar Panke





A+  A-

“Nar”-ın növbəti il üçün qarşısına qoyduğu əsas məqsədlərdən biri müştərilərin tələblərinə uyğun təkliflərin hazırlanması, müştərilərə ən sürətli internet təklif etmək üçün həcmi artırmaq, eyni zamanda bölgələrdə 4G şəbəkəsinin əhatə dairəsini daha da genişləndirməkdir”.
XəzərNews.az xəbər verir ki, bunu “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke İctimai TV-yə geniş müsahibəsində deyib. O, bundan sonra da “Nar”-ın bütün təkliflərinin müştərilərin arzu və istəklərinə əsaslanacağını bildirib: “Bu o deməkdir ki, daha sərfəli paketlər, xüsusilə də internet paketləri təklif edəcəyik. Məsələn, müştərilərə təklif edəcəyimiz internet paketinin köməyilə onlar daha sürətli internet çıxışına sahib olacaqlar. Təqdim etdiyimiz xidmətlərin abunəçilər, müştərilər üçün əlçatan olması ümumi strategiyamızın ən müsbət cəhətlərindəndir. Şəbəkə səviyyəsi, qiymətlərin münasib olması “miqyasdan qənaətə” səbəb olduğu üçün növbəti dəfə sərmayə qoymaq imkanımız olur. Bunu elə etmək lazımdır ki, müştərilər tələblərini nəzərə aldığımızı hiss etsinlər”.

Qunnar Panke əlavə edib ki, istifadəçi sayını, həcmini artırmaq üçün xidmətlər əlçatan olmalıdır. Buna görə də “Nar”-ın bazar strategiyasının üçüncü sütunu “yaxşı müştəri” və “uyğun təklif paketləri”ndən ibarətdir. 2018-ci il ərzində quraşdırılan baza stansiyaları barədə də ətraflı məlumat verən Qunnar Panke vurğulayıb ki, mobil operatorun əsas strategiyalarından biri Azərbaycanın ən ucqar kəndlərini də şəbəkə ilə təmin etməkdir.

Qeyd edək ki, baş icraçı direktor Qunnar Panke müsahibəsində “Nar”-ın qarşıda duran məqsədləri, yeni məhsulları, şəbəkəsini daha da genişləndirməsi istiqamətindəki planları, mobil operatorun ən yeni texnologiyalarının bölgələrdə istifadəsi, eyni zamanda Azərbaycanın telekommunikasiya bazarında rəqabət mühiti barədə ərtaflı danışıb. Müsahibənin tam videosuna aşağıdakı keçiddə baxmaq olar: https://www.youtube.com/watch?v=suHYE5EzLS0&feature=youtu.be

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 1421 dəfə oxunub.




22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu

22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +