Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


08.08.2018  12:21 

Gömrük Komitəsi tarif artımına münasibət bildirdi





A+  A-

Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinin 6 avqust 2018-ci il tarixli, 344 nömrəli qərarının ölkədə qiymət artımına səbəb olması barədə fikirlərə münasibət bildirib.
DGK-dən XəzərNews.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2016-cı il, 26 aprel tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 06 avqust 2018-ci il, tarixli 344 nömrəli qərarı 30 gündən sonra qüvvəyə minəcək.

Bu qaydalara əsasən, gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımlarının tərkib hissəsi olan malların gömrük rəsmiləşdirilməsinə və müşayiətinə görə gömrük yığımlarında bəzi dəyişikliklər edilib.

Eyni zamanda, qeyd etmək lazımdır ki, qərar layihəsi hazırlanarkən idxal-ixrac əməliyyatları aparan kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti nəzərə alınıb.

Belə ki, 2017-ci il üzrə aparılan təhlillərə əsasən, bir gömrük bəyannaməsi əsasında rəsmiləşdirilən mal partiyalarının 45 faizinin gömrük dəyəri 50 min manatadək olub. Bu da malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının yeni məbləğləri ilə müqayisədə min manatadək olan hissədə 5 manat, 10 min manatadək olan hissədə 10 manat və 50 min manatadək olan hissədə 20 manat əlavə deməkdir.

Eyni zamanda, 50 min manatdan 100 min manatadək gömrük dəyəri olan malların gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların yeni məbləğləri 100 manat, 100 min manatdan 500 min manatadək olan hissədə isə 25 manat artıb.

Xatırladaq ki, 2017-ci ilin göstəricilərində bir gömrük bəyannaməsi əsasında rəsmiləşdirilən mal partiyalarının 90 faizdən çoxu gömrük dəyəri 500 min manatadək olub. Belə olan halda bu dəyişikliklər daxili bazarda heç bir qiymət artımı ilə nəticələnə bilməz.

Xəbər 2156 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +