Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?
Müharibəni dayandırmağa çox yaxınlaşmışıq-Vladimir Zelenski
Həmin sosiska Azərbaycana gətirilib? — AQTA-dan Rəsmi açıqlama
Əhali ən çox nələrə pul xərcləyir? – Siyahı
Hakan Fidan NATO-nun Baş katibi ilə danışıb
İsrail Suriyaya zərbə endirdi - Ölən var
Mirzoyan Fransaya səfər edəcək
Yəməndə terror aktı: Məscid partladıldı, ölənlər var
Allahşükür Paşazadəyə ağır itki üz verib-FOTO
Ukraynada qadınlar da orduya çağrıla bilər


02.06.2025  18:53 

Dolların məzənnəsi düşür, məhsullar bahalaşır





A+  A-

ABŞ-nin maliyyə holdinqi "Morgan Stanley"in analitiklərinin proqnozlarına görə, dollar indeksi ABŞ-də faiz dərəcələrinin aşağı düşməsi və iqtisadi artımın yavaşlaması fonunda 2026-cı ilin ortalarına qədər COVID-19 pandemiyası dövründəki səviyyəsinə enəcək. Bu gün dolları altı valyutaya (avro, İsveçrə frankı, yen, Kanada dolları, funt sterlinq və İsveç kronu) nisbətdə ölçən ICE DXY indeksi 0,51% azalaraq 98,82 bənd təşkil edib. Ekspertlərin fikrincə, gələn ilin ortalarına qədər onun dəyəri 91 bəndədək azalacaq. Qurumun ekspertləri gələn il avronun hazırkı 1,14 dollardan 1,25 dollara, funt sterlinqin isə 1,35 dollardan 1,45 dollara kimi möhkəmlənəcəyini gözləyirlər.

Bəs dolların gözlənilən ucuzlaşması nə ilə bağlıdır? Bunun Azərbaycan iqtisadiyyatına təsiri ola bilərmi?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli Bakupost.az -a açıqlamasında bildirib ki, dolların zəifləməsi ABŞ iqtisadiyyatında yaşanan böhranla bağlıdır:

“Bu böhranın simptomları əvvəlcədən də var idi. Tramp hakimiyyətə gəldikdən sonra onun tarif müharibəsi Amerika iqtisadiyyatında daha böyük dalğalanmalara səbəb oldu - dolların zəifləmə kursu bir qədər sürətləndi və belə bir proqnoz verildi. Dolların zəifləməsi Amerika iqtisadiyyatının problemlərindən xəbər verir.”

Akif Nəsirlinin sözlərinə görə, ABŞ-da dolların ucuzlaşması Azərbaycana o qədər də təsir göstərmir:

“Azərbaycan manatı dollara nisbətdə tənzimlənir. Yəni ölkənin maliyyə sferasında dollara nə qədər tələbat varsa, bu tələbatı Azərbaycan hökuməti neft fondundan hərraca çıxardıb porsiyalarla qarşılayır və bunun nəticəsində manatın məzənnəsi sabit qalır. Ona görə də dolların Amerikada ucuzlaşması və yaxud bahalaşması Azərbaycanda əllərdə olan dollara o qədər də təsir göstərmir. Məsələn, 2020-ci ildə dollar xeyli zəiflədi, amma Azərbaycanda dollar elə 1 manat 70 qəpik səviyyəsində sabit olaraq qaldı”.

Ekspert qeyd edib ki, bunu sadəcə, Azərbaycandan cibində dollarla xaricə çıxan vətəndaşlar hiss edəcək:

“Həmçinin Azərbaycana məhsul idxal edən şirkətlərin idxal etdikləri məhsulların qiymətləri bahalaşacaq. Bu da yenə dollar kursunun dünyada, Amerikada zəifləməsi ilə bağlıdır.Yəni bizim dollarla alıb ölkəyə idxal etdiyimiz məhsulların qiymətində bir qədər artım müşahidə ediləcək. Amma bu artım nəzərəçarpacaq dərəcədə özünü büruzə verməyəcək. Çünki dolların cəmi bir neçə faiz ucuzlaşmasından söhbət gedir. Məsələn inflaysiya 0,8 faiz proqnazlaşdırılırsa, bu o vaxta qədər özünü doğrultmaya da, inflyasiyanın səviyyəsi bir qədər aşağı düşə də bilər. Dolların məzənnəsi nə qədər düşürsə, dünya bazarında məhsulların da qiyməti ona adekvat olaraq bahalaşır. Bu baxımdan dolların ucuzlaşması o qədər ciddi təsirə malik deyil.”

A.Nəsirli əlavə edib ki, bu açıqlamalar bəzi hallarda psixoloji təsir yaradaraq süni qiymət artımlarına da səbəb ola bilər:

“Məsələn, mənim açıqlamamla dərc etdiyiniz yazını oxuyan sahibkar bundan istifadə edib idxal edilən məhsulların qiymətini psixoloji olaraq artıra bilər. Bu da onunla bağlıdır ki, Azərbaycanda idxal da inhisardadır. İnhisarçıların da rəqibi olmadığına görə zamana bağlı olaraq vaxtaşırı qiymətləri bahalaşdırırlar”.

Xəbər 394 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək

08.06.2025  18:26 

Bu ölkədə güclü zəlzələ

08.06.2025  18:03 

Hacıqabulda yaşayış ev yanıb

08.06.2025  17:44 

Ronaldo bu klubdan imtina edib?

08.06.2025  17:03 

Sabahın hava necə olacaq?

08.06.2025  03:34 

Maliyyə naziri Maska hücum edib


BÜTÜN XƏBƏRLƏR +