Hakan Fidandan Rusiya və Ukrayna açıqlaması
Mərkəzi Bank sabiq deputatın qızından kəlağayı alacaq
Tələbə qıza təcavüz edən 27 ildən sonra tapılıb
Təhsil real sektordan geridə qalır - Rektordan ETİRAF
Şöbə müdiri vəzifəsindən ayrıldı
Fondun icraçı direktoru təyin edildi - Sərəncam
143 milyonluq yeyinti... - Generalın cəzası azaldıldı
Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı


24.05.2021  22:49 

Dondurma alarkən bunlara diqqət edin





A+  A-

Havaların isinməsi ilə əlaqədar dondurmaya olan tələbat artır. Ona görə də marketlərlə yanaşı, parklarda və yol kənarlarında dondurma satışı ilə məşğul olanlara rast gəlinir.
XəzərNews.az xəbər verir ki, dondurma alarkən mütləq şəkildə qablaşdırmanın üzərində olan etiket məlumatlarını oxumaq lazımdır. Məhsulun istehsal tarixi, istifadə üçün yararlılıq müddəti, qida dəyəri göstəriciləri, xüsusilə yağ tərkibinə diqqət yetirmək lazımdır.

Küçə və parklarda açıq şəraitdə gilizlərdə – qablaşdırılmamış silindr qablarda satılan dondurmaları alarkən məhsulun saxlanılma şəraitinə fikir vermək xüsusilə vacibdir.

Qeyri-sanitar şəraitdə satılan dondurmalar asanlıqla təhlükəli məhsula çevrilə bilər. Bu cür dondurmaların istehlakı qida zəhərlənmələrinə, bağırsaq çöplərinin yaranmasına və digər xəstəliklərə səbəb ola bilər.

Qida Təhlükəsizliyi Agentliyinin dondurma haqqında olan maarifləndirici materialda qeyd olunur ki, dondurmaların digər qida məhsulları ilə bir yerdə saxlanılması tövsiyə edilmir, çünki digər qidalarla eyni soyuducuda saxlanılması məhsulun orqanoleptik göstəricilərinə (iyi, dadı), keyfiyyətinə təsir etməklə yanaşı, onun tərkibində mikroorqanizmlərin inkişafına da səbəb olur.

Dondurma homogen şəkildə olmalıdır. Əgər dondurmanın tamlığı pozularsa və ya istehlak edərkən içərisində buz kristalları müşahidə edilərsə, bu, dondurmanın donunun açıldıqdan sonra təkrar dondurulduğunu göstərir. Həmin məhsulların istehsal tarixi bitməsə də, istehlakı tövsiyə edilmir.

Xüsusilə də mədə-bağırsaq sistemi həssas olan, mədə xorası və xroniki qastrit, diabet xəstəliyi, qaraciyər problemi olanlar dondurma istehlak edərkən diqqətli olmalıdırlar. Sutka ərzində 300-400 qramdan çox dondurma yemək tövsiyə edilmir, çünki normadan artıq istehlak yuxarı tənəffüs yollarının iltihabına, piylənməyə, qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.

Bütün bunlarla yanaşı, dondurmanın bir sıra faydalı cəhətləri var. Dondurma yüksək qidalılıq dəyərinə malik, orqanizm tərəfindən asan həzm olunan qida məhsuludur. Onun tərkibi orqanizm üçün faydalı olan süd yağları, proteinlər, karbohidratlar, mineral maddələr və vitaminlərlə zəngindir. Tərkibində kalsiumun miqdarının yüksək olması sümüklərin möhkəmləndirilməsinə faydalı təsir göstərir. Keyfiyyətli dondurma istehlakı orqanizmdə sevinc hormonu kimi tanınan serotoninin artmasına səbəb olur.

Dondurma təzə qaymaq dadı verməlidir. Hazırlanma texnologiyasında onun yağlılığını artırmaq üçün standartlara uyğun olaraq yalnız kərə yağından istifadə olunmalıdır. İstehlak zamanı dondurmanın boğazda acı dad verməsi tərkibinə marqarin və ya bitki mənşəli yağların qatıldığını göstərir. Dondurma məhsulunun keyfiyyəti onun tərkibindən və saxlanma şəraitindən asılıdır.



Xəbər 2411 dəfə oxunub.



14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma

14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +