Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


06.02.2025  10:21 

İcra başçısı Prezidentin qadağasını pozdu - FOTOLAR





A+  A-

Bakının Nərimanov rayon ərazisində yaşayış yerlərinin qeyri-yaşayış təyinatlı istifadəsi kütləvi hal almaqdadır.

XəzərNews.az Tribunainfo.az-a istinadən məlumat verir ki, son olaraq rayonun Yusif Vəzir Çəmənzəminli küçəsində bu qanunsuzluğa yol verilib. Belə ki, yaşayış binasının qarşısı kəsilərək, alt mərtəbə obyektə çevrilməkdədir. Buna isə yerli icra hakimiyyət orqanı icazə verməsə, qeyri-mümkündür. Ümumiyyətlə, Bakıda daşı daş üstə qoymaq üçün yerli icra orqanlarının “xeyir-duası” olmalıdır. Ona görə də Nərimanov rayonunda icra başçısı Elgün Həbibullayevin razılığı olmasaydı, Y. V. Çəmənzəminli küçəsində fotoda gördüyünüz obyekt tikilə bilməzdi.

Bu da tikinti normalarının və qanunların pozulmasıdır. Eyni zamanda, yada salmaq yerinə düşər ki, Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, yaşayış yerlərinin qeyri-yaşayış sahəsinə çevrilməsi, belə bir təyinatlı istifadəsi və ya obyektə çevrilməsi qadağan olunub. Göründüyü kimi, Nərimanov İH rəhbəri E.Həbibullayev dövlət başçısının tapşırığını qulaqardı edərək, öz maraqlarını üstün tutub və belə bir özbaşınalığa “yaşıl işıq” yandırıb. Bildirilir ki, bu qanunsuzluğa İH-nin xəbəri olmadan yol verilibsə, o zaman E. Həbibullayevin əmri əsasında əraziyə nümayəndələr göndərilə və araşdırma aparıla bilər.






Xəbər 2672 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +