“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar


20.03.2024  15:11 

“Atama hər axşam zəng edib soruşuram ki, sabah evdə olacaqsan?” - VİDEO





A+  A-

“İncə səhər” verilişi meyxanaçı Pərviz Bülbülənin yaşadığı Bülbülə kəndindəki evində qonaq olub.

Xəzərnews.az xəbər verir ki,bayram buraxılışında söz xiridarının övladları atası ilə bağlı maraqlı fikirlər səsləndiriblər.

İlk dəfədir efirə çıxan Pərvizin qızı bildirib ki, hər gün ondan evə gəlib – gəlməyəcəyini sorğu-sual edir:

“İstəyirəm ki, atam evə gələndə mənim üçün oyuncaq alsın. Amma oyuncağı hərdən alır. Almayanda ağlayıb, hirslənirəm. Atamın meyxanalarını bilmirəm. Ən çox getmək istədiyim yer Türkiyədir. Amma məni ora aparmır. Atama hər gün axşam zəng vurub deyirəm ki, sabah evdə olacaqsan?”, - deyə Əsma vurğulayıb.

Meyxanaçının oğlu İsmayıl isə gələcəkdə rejissor olmaq istədiyini söyləyib:

“Böyüyəndə rejissor olmaq istəyirəm. Atamın kliplərini və onu haqqında filmlər çəkmək fikrindəyəm”.

Pərviz övladlarının etiraflarla dolu müsahibəsini belə şərh edib:

“Əsma ilə İsmayılın meyxanadan xoşu gəlmir. Onlar hələ uşaqdırlar və dərk etmirlər ki, meyxananın hesabına böyüyürlər. Eybi yox... (gülür)”. /Bizim.Media




Xəbər 3559 dəfə oxunub.




21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +